İbrahim Məmmədli -   “Land of fire Azerbaijan” & “Made in Azerbaijan”

İbrahim Məmmədli - “Land of fire Azerbaijan” & “Made in Azerbaijan”


Qloballaşan dünyada ölkələr daha çox innovativ yeniliklərlə sanki yarışırlar. ETT-nin iqtisadiyyata tətbiqi,insanların yaşam standartlarının dəyişməsi,beyin mərkəzlərinin önəminin artması bu gün üçün böyük önəm kəsb edir. Qədim dövlətlərin yaranmasından başlayaraq bu günə qədər demək olar ki,hər şey dəyişib,istisnasız.Yalnız dəyişməyən bir şey var: İnsanların "yenilik” arzuları.Hər zaman bunu bir ehtiyac hiss ediblər.Əlbəttə ki,bütün bunlar elmin sahəsində olub.

Tətbiq olunan innovasiya: 1) ən əsas insana xidmət etdiyi üçün: "görülən işi daha da asanlaşdırmalı”; 2) əgər alternativ kimi yaranıbsa,mövcud məhsuldan maliyyə baxımından daha effektivli olmalı;

Keçən əsrin nəhəngi-SSRİ yeniliyin təşviqi,tətbiqi baxımından ABŞ,Qərbi Avropadan dəfələrlə geri qalırdı.Altı əsr üç qitəni əhatə edən böyük Osmanlı imperiyası da həmçinin yenilik baxımından "çərçivədə” qalmışdır.Bu iki imperiyanın dövr etibarı ilə inkişaflarında oxşar xüsusiyyət var və çökmələrində də,fikrimcə,müəyyən rol oynayıb: innovasiya (yenilik).

Ümumi olaraq ölkə iqtisadiyyatlarına nəzər salsaq,təhlil etsək belə bir nəticəyə gələrik: Əksər ölkələr ixracı stimullaşdırmaq,müsbət saldo əldə etmək üçün ciddi səy göstərirlər.Çünki ixracın idxaldan çox olması: 1) xarici ölkələrdən asılılığı azaldır; 2) ölkədən çıxan puldan daha çox pul daxil olur; 3) keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar istehsal olunur; 4) iqtisadiyyat və digər sahələr innovasiyaya daha çox ehtiyac duyur ki,bu da bütün sahələrə müsbət təsir edir. (PS: normal ölkələr üçün).

Dünənin imperiyası Rusiya (SSRİ),Türkiyə (Osmanlı) idisə,artıq bu günün imperiya dövlətləri hələ dünənə qədər çox da bilinməyən Cn.Koreyadır, Sinqapurdur və s.Çünki, dünənə kimi müharibə aparmaq,ərazilər işğal etmək,sərvət toplamaq və bunların nəticəsində sərhədlərin genişlənməsi imperiyaya gətirib çıxarırdı.Bu gün üçün trendlər dəyişib.Artıq qan tökmədən,işğalçı yürüşlər etmədən,balaca bir adada oturub bütün dünyanı idarə etmək mümkündür. Texnologiyanın inkişafı artıq buna imkan verir.Məsələn,təbəqə fərqi olmadan ölkəmizdə istifadə olunan Samsung.Hansı evə girsəniz bu telefonu görə bilərsiniz.2014-cü ilin nəticələrinə görə gəliri 24 mlrd. manat təşkil edib.

Xatırlatma: Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlir hissəsi 18 mlr.d manat təşkil etmişdir.İxracımızın 93.5%-i neft və neft məhsullarıdır ki,2014 üçün neftdən gələn gəlir 11 mlrd. olmuşdur.

Samsung kimi yüzlərlə misal var.Son ayların böyük əks səda yaradan hadisələrdə bu tipdədir: 3D printerlərin kəşfi,tibb sahəsində məlum inqilab,komet üzərinə eniş,və daha bunun kimi bir sürü kəşflər,ixtiralar.

Bütün bunlar rentabelli olmaqla, həm də bizim etmək istədiyimiz (Eurovision-12,Avro Oyunlar-15,Formula yarış-16,İslam həmrəylik oyunları-17 və s.) imic rolunu oynayır.Biznən onların yalnız bir fərqi olur: Biz imicimizi yaxşılaşdırmaq uğruna hər şeyi qurban edirik,onlar insanlıq adına,ölkələri adına nələrsə edirlər uzun müddətli gəlir götürürlər və imic də özlüyündə gəlir.Elə doğrusu da budur.

"Bəyin oğurlanması” filmində belə bir diaoloq var. Rejissor kənd sakinindən soruşur ki,istəməzsən səni uzaq Afrika səhrasında göstərsinlər? Sakin deyir yox.İndi bizim "Made in Azerbaijan”markalı məhsulumuz o kənd sakininin verdiyi cavabın gününə qalıb.Nəticə olaraq da 40 mln verib köynəyin üstünə "Land of Fire Azerbaijan” yazdırırıq ki,bizi tanısınlar.

40 mln vəsaitin xərclənməsi lazım olan yerlər: Təhsil;Ölkə ərazisində innovativ startup-lara dəstək;Yeni Azərbaycan markasının yaradılması üçün ilkin kapital və s.



İbrahim S. Mammadli