Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli "Əmək” ordenini təqdim edib.
Prezident İlham Əliyev 1-ci dərəcəli "Əmək” ordenini Tahir Salahova təqdim edərək təbriklərini çatdırıb.
Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov yüksək mükafata görə təşəkkürünü bildirib.