“Müasir yaradıcılıq axşamı” adlı sərgi açıldı

“Müasir yaradıcılıq axşamı” adlı sərgi açıldı

Yanvarın 31-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına sərgi salonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Müasir yaradıcılıq axşamı” adlı sərgi keçirildi.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev sərginin iştirakçılarını qarşıdan gələn əlamətdar gün – 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi.

Nazir müavini bildirdi ki, Azərbaycan dövləti tərəfindən yaradıcı gənclərin tədbirlərinin keçirilməsinə daim diqqət və qayğı göstərilir. Gənclərin yaradıcılıq imkanlarının dəstəklənməsinə xidmət edən bu tip layihələr gələcəkdə də davam etdiriləcək.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək yaradıcı gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Natiq bu diqqət və qayğının öz növbəsində gənclərə stimul verdiyini bildirdi.

Tədbirdə modelyer-dizayner Turan Kərimbəylinin, modelyerlər Leyla Eyvazova və Zülfiyyə Salmanovanın yaradıcılıq işləri nümayiş olundu.

AzərTAc