Nobel ödüllü şairin Bakıda kitabı çap olundu

Nobel ödüllü şairin Bakıda kitabı çap olundu

Ötən il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş amerikalı yazar Luiza Qlükün şeirlər kitabı Bakıda çap olunub.

"Odisseyin qərarı” adlanan seçmə şeirlərdən ibarət kitabda həmçinin müəllifin Nobel nitqi və yaradıcılığı haqqında təhlil yazısı yer alıb.

Kitab "Mücrü" nəşriyyatında, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yeni DƏB" seriyasından çap olunub. 

Tərcüməçilər Səlim Babullaoğlu, Ferid Huseyn və Qismət Rüstəmovdur.