Oyun içində oyun, yaxud içimizdəki aktrisa
Tənqid
- 19.07.2011
- 0 Şərh
- 1982 Baxış
İlqar Fəhminin "Aktrisa” və "Akvalanq” əsərləri barədə
Elnarə Akimova,
filologiya üzrə fəlsəfə doktoru
Bu gün nəsrimizdə yaxşı mənada bir canlanma, dirçəliş hiss olunmaqdadır. Yaxşı mənada ona görə ki, on il, on beş il əvvəl keçid dövrünün yaratdığı müəyyən nəfəsdərim, içəçəkilmə prosesindən sui-istifadə edərək bu sahədə at oynadanların sayı artmışdı, sxolast bədii düşüncənin, antiestetik bədii zövqün məhsulu olan əsərlər şedevr nümunəsi kimi oxucuya sırınırdı. Əlbəttə, bu proses indi də davam eləyir və olsun ki, nə qədər ədəbiyyat yaşayır, anti-sənət sənəti daim kölgə kimi təqib edəcək. O da məlumdur ki, silsilə resenziyalar çeşidi, hay-küy kampaniyası əsərin uğurunu təmin edən əsas meyar deyil. Çox əsərlər var ki, səssizsə içinə çəkilib ona göstəriləcək dəyərin zamanını gözləyir. Və çox müəlliflər var yazır, əsərini oxucu ixtiyarına buraxaraq gözləmə mövqeyi tuturlar. Bilərək ki, əsərləri onlara qayıdış mütləqliyini zəruri edəcək. İlqar Fəhmi bu sıradan olan (sıradan biri olan yox) yazıçıdır. Ən yeni nəsrin həyat hadisələrinə, reallıqlara özünəməxsus rakursun, baxış bucağının müəyyənləşməsində İlqar Fəhminin müstəsna yeri var.
İlqar Fəhminin yazıçı dəst-xətti özündə həm şair, həm də tərcüməçi istedadını ehtiva edir. Elə nəsrindəki həssaslıq, insan hisslərinin ən məhrəm nöqtələrinə, ən mübhəm məqamlarına varmaq şəriştəsi də birbaşa şairliyindən gəlir. İlqarın nəsri özünəməxsus çalarlara malikdir, bir çox əlamətləri ilə nəsildaşlarından seçilir. Onun nəsrində ən üstün əlamət, ən uğurlu göstərici müəllifin dilidir. "Dünyagörüşündən və digər özəl ayrıntı və xüsusiyyətlərdən asılı olmayaraq bədii mətn yaradıcılarını bir araya gətirən də, onları ayıran da DİLdir. Əlbəttə, dilə münasibət yox (sən onsuz da varlığınla dilə münasibətdəsən...), qurduğun mətndə təbii dili necə, hansı səviyyədə diriltmək, canlandırmaq, hamının malı olan dili hamıdan, hər şeydən təcrid edərək ifrat dərəcədə özününküləşdirmək, başqa sözlə, onu bədii mətn səviyyəsində yenidən yaratmaq mənasında.” (C.Yusifli. Ədəbiyyatda yaşamağın formulu. Bakı, "Nurlan” nəşriyyatı, 2003, səh. 142) Dil- əsərin sütunudur, bədii əsər nə qədər kamil ideya-məzmun, poetika-sənətkarlıq xüsusiyyətlərinə malik olursa olsun, dili səlis deyilsə, əsərin bədiilik məziyyətini bəri başdan zərbə altına alır. Müəllifin təhkiyəsində, nəsr dilində obrazlı düşüncənin və mənalandırmanın təzahürü sayəsində hakim olan lirik ovqat birbaşa hisslərimizə sirayət edə bilir.
İlqar Fəhminin "Aktrisa” və "Akvalanq” əsərləri fərqli mövzular üzərində qurulub.”Aktrisa” əsəri bank prezidentinin qətli ilə başlayır və sona qədər bu hadisənin araşdırılması əsas predmet olaraq qalır. " Akvalanq” əsəri isə gənc bir ailənin yay vaxtı bağda istirahətləri zamanı baş verən qeyri-adi, əyləncəli bir hadisəni sərgiləyir. İkinci əsər müəllifin təbirincə desək, yüngül bir yay oyunudur. Əslində elə birinci əsəri də yay oyunu hesab eləmək olar. Amma qorxulu oyun. Burada da hadisələr yay vaxtı, bağ istirahəti zamanı baş verir. Qətl hadisəsi ilə başlayan, insanı təşviş və həyəcan işərisində saxlayan "Aktrisa” povestinin sonunda məlum olur ki, sən demə bütün bu həyacan və qorxunun arxasında qəhrəmanların "düzənlədiyi” yüngül, amma qorxulu bir yay oyunu dururmuş.
Hər iki əsər mistik haləyə bürünüb, oxucunu məchulluğa, sirli-sehirli aləmə aparır. Özü də bu məchulluğun səbəbkarları elə insanlar olur ki, təəccüblənməyə bilmirsən. Cinayət törədilən bir məkanda, hadisədə şübhəli qismində güman edilənlər sırasında ən son ağıla gələn şəxs yazıçı ola bilər. Amma sonda bəlli olur ki, hər iki cinayəti törədən də elə həmən bu yazıçı imiş. Ailəli bir qadına dənizdə macəra yaşadan, onunla gizlənpaç oynayan kim ola bilər axı? Ən az güman doğuran, ümumiyyətlə, ağıla gəlməyən şəxs qadının əri Azaddır. Axı o, rəssamdır, bütün günü heç kimə, hətta sevdiyi qadına belə lazımınca məhəl qoymadan ona sifariş olunan Peyğəmbər şəklini çəkməklə məşğuldur. Bir də axı bu cür oyunlar çox zaman ailə, nigah qapısından içəri daxil olduqdan sonra bitir, əlçatmazlıq qurtaran yerdə qeyri-adi macəra axtarışına maraq da sonuna varır. Necə demişlər: "Ailə dəniz görüntüsüylə başlayan səhra kimidir" (Günel Mövlud). Amma sən demə başqa cür də olurmuş, necə ki, sonda məlum olur ki, bütün bu sərgüzəştlərin arxasında duran insan elə qadının öz əri imiş. Heyrətamiz final... Bu anda əsərin məchulluğa bürünən çevrəsinin biri açılıb da digəri üzümüzə bağlanır. Bir qədər əvvəl nədən təəccüblənməyimizin özü belə sual doğurur: məgər yazıçı cani ola bilməz? Axı bir ifadədə deyildiyi kimi "elə insanlar var ki, səssiz cinayət daşıyır”. Yaxud, polifonik fantaziyalar yaradan, çəkdiyi rəsmlərlə insanları həyatın adiliyindən, bozluğundan təcrid edib ilahi lallığa aparan, sehrə salan rəssam sevdiyi qadını darıxmasın deyə onun həyatını rəngə boyaya bilməz?
Yeni dövrün- müstəqillik epoxasının nəsrini səciyyələndirən əlamətlərdən biri onun qadın dünyasını bütün iç tərəfləri- sərt psixologizmi və fəlsəfi dramatizmi ilə sərgiləməsi oldu. Yəni, ”bir var emansipə olunmuş qadını məxsusi vurğulayasan, bir də var zamanı gələ- onu eləcə təsvir edəsən...” (T.Əlişanoğlu. Nəsrdə "qadın diskursu”. Tənqid.net jurnalı, 2008, N-5, səh.91) İlqarın nəsrində qadın öz duyğusal aləmi, ruhi-mənəvi yaşantısı və banal ədası ilə haşiyəsiz-boyasızdır.
Hər iki əsərdə qadın yaşamının ekzistensiyası yaradılır, müəllif üslubunun özünəməxsus təsvir bacarığı sayəcində naturfəlsəfi məqamlara diqqət yönəltməklə qadının ruhsal dünyası və mənəvi yaşantısını ictimai-psixoloji müstəviyə çıxarır”. O, ailə üçün yaranmamışdı. Laləylə yaxınlıq həm maraqlı, bununla bərabər həddindən artıq ağır idi. Onun çox qəribə, qeyri-adi xasiyyəti vardı. Elə bil ki, hər gün tamam ayrı adam olurdu. Gözlənilməz qəribə hərəkətlər, qeyri-adi istəklər onu çox cazibədar göstərsə də, bu, onunla normal ailə həyatını mümkünsüz edirdi” ("Aktrisa” əsəri).
Onun hər iki əsərinin arxasında qadın təkliyi, tənhalığı dayanır, gündəlik, real həyatın bozluğundan yorulan, adi məişət tərzinin yaşantılarından bezən hər iki qadının xarakterik cizgiləri, iç dünyaları, mənəvi aləmləri onların romantika axtarışı proseslərində, bəsitlikdən, yekrənglikdən qurtulma çabalarında daha qabarıq görünür. Gəl ki, bu çabalar heç də həmişə uğurla nəticələnmir. "Aktrisa”dakı qadına bu oyun sərgüzəştləri ona ərinin və özünün ölümü bahasına başa gəlir. "Akvalanq”dakı qadının isə bəxti sadəcə onda gətirir ki, onun oynadığı "tamaşanın” tərəf-müqabili öz əri olur.
"Akvalanq” antitezlər üzərində yaradılan əsərdir. Əsərdə elə bir ciddi sosial problematika olmasa da, bəşəriyyətin əbədi mövzularından olan xeyir-şər, insan nəfsinin, onun izzət və şərafətinin sınağa çəkilməsi məqamları bədii müstəviyə çıxarılır. Burada dəniz həm müqəddəslik simvoludur- o, günahı, çirkabı yuyacaq, özündən itələyəcək qədər təmizdir, məsumdur. Amma digər tərəfdən o, şeytan kimi insanı günaha sövq edəndir, romanın gənc qəhrəmanı olan qadın öz akvalanqını görmək, onu tanımaq, bu naməlum "aşiqinə” qovuşmaq sevdası ilə hər gün dənizə baş vurur. Hətta bir addım bu yana, arzuladığı vüsal anı baş tutacağı təqdirdə öz həyat yoldaşını belə bu akvalanqa dəyişəcəyinə oxucunu inandıran bu qadın təskinlik üçün seçilən məkanın- görüş yerinin məhz dəniz olması səbəbindən özünü bir o qədər də narahat hiss eləmir. Dənizin təmizliyi sanki onun vicdanına da su səpmiş kimi olur. Ümumiyyətlə, "Akvalanq” əsərində fərdi-daxili təkamül ideyası, qəhrəmanını işığa aparan katarsis prosesi var. Burada mistik düşüncə gerçəkliyin təbiiliyi ilə çulğaşmış, qaynayıb-qarışmış haldadır. Əsərdəki fəlsəfi notlar da cənnət-cəhənnəm, xeyir-şər, məsumluq-günah, nəfs-şərəf antitezlərinə köklənir.
İnsanın günahını dərk edərək ondan uzaqlaşma cəhdləri, bəzən də onlar arasında sərhədləri itirmə disharmoniyası hissin, duyğunun psixoloji ladda gərginliyinə gətirib çıxarsa da sonuc mənəvi dünyanın qələbəsi ilə nəticələnir. "Aktrisa” əsərində isə edilən cinayətin dərk məqamı sahibinə-yazıçıya intihardan başqa çıxış yolu qoymur: "Yox, belə eşq ola bilməz. Bu yalnız nəfsin istəyi, bədənlərin cazibəsi idi. ... Heyf ki, mən bunu çox gec başa düşdüm. Xirtdəyim şeytanın cənginə keçəndən sonra Allaha tərəf baxmağın nə xeyri... İlahi, bağışla məni. Mən sənin son imtahanından üzüağ çıxa bilmədim. İblis məni düz yolumdan sapdırdı, məni qatil elədi. Hə, hə, iblis. Bu onun yox, iblisin tamaşasıydı. Məni imtahana çəkməkçün qurulan tamaşa... Bəlkə O, elə özü iblisdi? İblisdi, şeytandı, Allah bilir hər nədi... Görəsən məndən sonra nə qədər adamı yolundan sapdıracaq”.
Belə bir mühakimə motivi "Akvalanq”da da var. Sadəcə burada qadının içində gedən katarsis prosesinə rəvac verən başlıca nəsnə rəssam ərinin çəkdiyi Peyğəmbər şəkli olur. Daim dənizə, naməlum akvalanqını görməyə can atan qadın ərinin çəkdiyi peyğəmbər şəklinə o qədər də maraq göstərmir, içini şeytani hiss bürümış kimsənin belə bir ovqatda bulunması imkansız bir şey... Daha doğrusu, günah daşıyan insan necə başını qaldırıb səmaya baxa bilmirsə, qadın da bu şəklə baxmağa çətinlik çəkir. "... qəfildən nəzərim Azadın arxasında, azca sağda qoyulmuş molbertə sataşdı. Özümə tam gəlməsəm də, şəkil elə bil nəzərlərimi zorla tutub saxladı. Deyəsən, tam işlənib qurtarmamışdı. Axır vaxtlar tabloya heç diqqət verməmişdim, fikrim dənizdə olduğundan, Peyğəmbərin əvvəl boş olan yerinin nə vaxt dolduğunu da hiss eləməmişdim. Onun atı da, bədəni də çox gözəl formada işlənmişdi, ancaq sifətinin yerində qəribə bir gözqamaşdırıcı işıq parıldayırdı və elə bil getdikcə daha da güclənirdi. Şəkildən günəş doğurdu sanki”. Sonda, o zaman ki, qadın içini sarmış günah məngənəsindən qurtulduğunu zənn edir, daxili "mən”i də mənəvi-ruhani aləmə transformasiya olunur: ”Həmin an mən o parlaq çöhrədən çıxan işığı sevdim, dəhşətli dərəcədə sevdim və anladım ki, bundan sonra bütün taleyim yalnız və yalnız o işığın ixtiyarındadı. Bundan sonra mən daha heç vaxt günah etməyəcəm. Ən azı, məni Xilas edən O işıqdan utanacağam, çəkinəcəyəm, xəcələt çəkəcəyəm”.
İlqarın nəsri psixoloji ovqat nəsridir. Onun əsərlərində obrazlar öz qeyri-adilikləri, xəlvətdə saxlayıb gizlətdikləri keyfiyyətlərin özünəməxsusluğu, hətta ölümlərini belə gözə alaraq öz həyat prinsipləri üzrə hərəkət etmək çoşğusu ilə maraq doğururlar. İlqarın nəsrinin səciyyəvi cəhətlərindən biri onun güclu romantikaya malik olmasıdır. Hətta kriminal mövzulu "Aktrisa” əsərində belə qüvvətli romantik təsir gücü var. Əsərdə oxucunu gərginlikdə saxlayan hadisələr, mürəkkəb vəziyyət doğuran situasiyalar gözlənilmədən ayrı müstəviyə-psixoloji qata kecirilir və bu qatda artıq romantik ovqat hakim olur. Bu baxımdan, real bir cinayət səhnəsinin təsviri ilə başlayan, axıra qədər də bu cinayətin izini tapmaq məramı ilə davam edən əsərin son –açılış səhnələri romantik haləyə büründüyündən kədərli sonluq təəssüratı yaratmır.
Hər iki əsərin sonu qəhrəmanla oxucu arasında yüngül namüəyyənlik ilə sona yetir. "Aktrisa” əsərində cinayətkar yazıçı oxucunun diqqətinə çatdırır ki, onunla oyun oynayan qadın son dəqiqələrinə kimi bircə dəfə də olsun onun səsini eşitmədən dünyadan köçüb. "Akvalanq”da isə əsərin baş qəhrəmanı bizə onun adını belə bilmədiyimizi üzə vurmaq fürsətini əldən vermir.
"Aktrisa” povestində öz monotamaşasını oynayan qadının sözləridir: "Hər bir insanın həyatı özünün səhnəyə qoyduğu bir pyesdir. Özümüz qururuq, özümüz də oynayırıq, Uğurun da, uğursuzluğun da məsuliyyəti yalnız öz üstümüzə düşür... Amma təəssüf ki, heç kimin aktyorluq fəalliyyəti yalnız öz pyesi ilə məhdudlaşmır. Hər kəs öz səhnə əsərinin rejissoru olmaqla bərabər, eyni zamanda minlərlə başqa əsərdə müxtəlif rollar ifa edir. Baş rollardan tutmuş kiçik epizodlara qədər”. Həqiqətdir, bu rollar həmçinin daxilimizdəki gizli "mən”i tanımağa, ondakı işıq, yaxud qaranlıq, xeyir, yaxud şər əlamətlərini üzə çıxarmağa, aşkarlamağa yardımçı olur. Bəlli olur ki, heç insan özü özünü lazımınca tanımır, yüngül bir qığılcım bu özünüdərk məqamıyla təmasa yardımçı olur, gizlinlərin görünməsi üçün enerji mənbəyinə çevrilir. Necə deyərlər, tipik qəhrəmanın mövcudlığu üçün tipik şərait yaransın gərək. O zaman çalışaq ki, qorxulu oyunların aktyoruna və qəhrəmanına çevrilməyək. Çox da ki, həyat bir səhnədir...