Paşa Hikmət – Tükənmiş Sevgi (hekayə)

Paşa Hikmət – Tükənmiş Sevgi (hekayə)

Onu ilk dəfə gördükdə, həyacandan əllərim əsmişdi. Ürəyim az qala dayanacaqdı. Mavi gözləri, sarı telləri, üzündəki gülüş idi, həyatımın mənası. Onun gözlərində tapmışdım ruhumu. Həyatda ilk və son sevdiyim qadın idi. Tək yaşama səbəbim o idi

Adı Kəmalə idi. Kəmalə ilə eyni universitetdə oxuyardıq. Hər gün dərsdən sonra, onu görmək üçün sinfinə gedib, uzaqdan ona baxardım. Bəzən ona baxdığımı hiss edir və o gözəl gözləri ilə mənə baxardı. Ona bu qədər diqqətlə baxmağı deyəsən, narahat edirdi. Mən də həmin an utanardım. Başımı aşağı salıb, qaça-qaça ordan uzaqlaşardım. Kəmaləyə sevgimi etiraf etməyə cəsarətim yox idi. Bu sadəcə və sadəcə sevgi idi. Kəmalə universitetin ən gözəl qızlarından idi. Universitetdə varlı oğlanlar onun dərdindən dəli olsa da, o heç kimlə sevgili deyildi. Elə bu idi mənə ümid verən. Ona yaxınlaşma şansım var idi. Kəmaləni ancaq xəyallarımda yaşada bilirdim. Amma mən Kəmaləni tək xəyallarımda yox, əsil həyatda da görmək istəyirdim.

Kəmalə ilə ilk tanışlığımız keçən il olmuşdu. İkinci kursda oxuyurduq və universitetin son günü idi. Artıq yay tətilinə çıxırdıq. Kəmalə Universitetin həyətində kitab oxuyurdu. Mən özümdə olan bütün cəsarəti yığıb ona sevgimi etiraf etməli idim. Bu gün də edə bilməyəcəmsə, qalacaq bir də gələn ilə. Artıq vaxt çatıbdır. Cəsarətsizliyə və utancaqlığa yer yoxdur. Mən onun yanına getdim. O qədər gözəl idi ki, gözəlliyi məni vəsf etmişdi. Heçnə danışa bilmədim. Beynimdəki bütün fikirlər bir-birinə qarışmışdı. Mən iki dəqiqə heçnə demədən onun yanında səssizcə ayaqüstə dayandım. Sonda bütün cəsarətimi toplayıb söhbətə başladım.

-Salam əyləşmək olar ?

Kəmalə gözəl gözləri ilə mənə baxaraq cavab verdi.

-Salam əlbəttə olar, buyurun.

Mən onun yanında oturdum. Amma söhbətə başlaya bilmirdim. Ürəyimdəki sözlər aşıb-coşurdu amma heç birini dilə ala bilmirdim.

-Sən hər tənəfüs sinfimizə gəlib, sinfin qapısından mənə baxan oğlansan ? Adın Paşadır ?

Kəmalə gülümsəməyə başladı.

-Bəli həmin oğlanam. Sən o qədər gözəlsən ki, gözəlliyin məni cəlb edir. Hər gün, hər tənəfüs səni görməsəm yaşaya bilmərəm. Daima xəyalımdasan. Qəlbimi məndən oğurlamısan.

Kəmalə əlini əlimin üstünə qoydu. Sanki aylarla belə bir etiraf gözləyirdi.

-Bəs hər dəfə gəlib baxmaqdansa, niyə bircə dəfə yaxınlaşmadın ?!

-Bir az utancaqlıq, bir az cəsarətsizlik.

-Niyə utanırdın axı ?

Kəmalə bütün diqqətli ilə sualın cavabını gözləyirdi.

-Səndən yox cavabı eşitməkdən qorxurdum. Yox desəydin mən yaşaya bilməzdim. Ona görə səni xəyallarımda yaşadıb, orda qoruyurdum.

-Nəyə görə, yox deyəcəyimi düşünürdün ? Buna necə əmin ola bilirdin axı ?!

-Sənin kimi gözəl qızın mənə verəcəyi tək cavab yox ola bilərdi.

-Ay Paşa, niyə belə düşünürsən axı ?! Mən hər dəfə səni görmək üçün, tənəfüslərdə sinifdən bayıra çıxmırdım.

-Nəəə ?! Axı... mən düşünürdüm ki,...

-Bu aylar ərzində mən də səni sevirdim. Səndən bu etiraf gözləyirdim. Paşa, harda idin bu vaxta qədər ?

Bu sual mənə güllə yarasından belə ağır oldu. Nə deyəcəyimi bilmirdim.

-İnan ki, hə deyəcəyini bilsəydim, bircə saniyəmi belə itirməzdim.

-Bir saniyə yox, bir neçə ay itirdin artıq ! Səncə də bir az gec deyil ?!

-Yox ! Heçnə itirmədim. Gecdə olsa indi etiraf edirəm ! Kəmalə səni sevirəəəm ! Sənsiz yaşaya bilmərəm, nəfəs ala bilmərəm ! Nə olar mənə bir şans tanı ! Sənsiz həyat mənə zindan olar.

Kəmalə əllərini əlimdən çəkərək, barmağındakı nişan üzüyünü göstərdi. Bununla da sanki bütün həyatım alt-üst oldu.

-Harda idin ay Paşa ?! Sən mənim ağ atlı xilaskarım idin. Amma gəlmədin ! Bu aylar içində sənin yolunu gözləyirdim. Gəlib məni xilas edəcəyini düşünürdüm. Amma sən gəlmədin ! Paşa bizim sevgi romanımız bir yazılmayıb. Biz başqa-başqa sevgi romanının qəhrəmanlarıyıq. Bizimki bir olmaz.

Kəmalə başını sinəmə qoyaraq, ağlamağa başladı.

-Kəmalə, bağışla məni, bağışla ! Gözəlliyin məni vəsf etmişdi. Sənə o qədər heyran olmuşdum ki, səni itirməkdən qorxurdum. Axı sən nə vaxt nişanlandın ? Niyə məni gözləmədin ? Məni sevirdinsə niyə başqası ilə nişanlandın ?

-Elə bilirsən ki, öz istəyimlə nişanlandım ? Onsuzda heç kim Kəmaləni başa düşmür. Öz həyatımı yaşamağa imkan vermirlər. Evdən məcbur nişanladılar.

Əlim ilə Kəmalənin saçını sığallayırdım. Həyatımın bir neçə dəqiqə içində alt üst oldu. Bu qədər cəsarətsiz, qorxaq olduğum üçün özüm-özümü danlayırdım. Amma nə faydası ?!

-Kəmalə, nişanı qaytara bilməzsən ? Gəl qaçaq buralardan. Gəl gedək uzaqlara. Heç kimin olmadığı uzaqlara əlini ver mənə...

-Paşa, hər şey dediyin qədər sadə deyil. Artıq bir həftə sonra toyumdur. Ailəm təyziqi güclüdür. Onlardan xəbərsiz heçnə edə bilmərəm. Onlarla mübarizə apara bilmərəm.

-Kəmalə axı bizim sevgimiz ?

-Paşa, hər şey filmlərdəki qədər sadə deyil. Bizim cəmiyətə zid danışma ! Sən dediklərin ancaq sevgi romanlarında olur. Hər şey xoşbəxt sonluqla bitir.

-Kəmalə sən olmasan, mən yaşaya bilmərəm. Kəmalə mənə bunu yaşatma. Kəmalə sən mənim olmalısan.

-Yox Paşa ! Yox ! Uşaqlıq eləmə. Sən mənsiz də yaşayacaqsan. Mənsiz də xoşbəxt olacaqsan. Başqaları ilə unudacaqsan məni.

-Məgər sən başqa birisi ilə xoşbəxt ola biləcəksənmi ?!

-Paşa onu bilmirəm amma səni heç vaxt unutmayacam.

Mən bununla barışa bilməzdim. Mən Kəmaləsiz yaşaya bilməzdim. Amma yazıq qız nə etsin ki ?! Bizim cəmiyətdə kimsə kiminsə fikrini önəmsəmir. Ailəsi məcbur evləndirir. Ah bu ailələr, ah...

-Əgər yoxsa, niyə belə bir şeyi məndən istəyirsən ?

Kəmalə cavab verəcəkdi ki, elə bu vaxt arxadakı maşın siqnal verdi. Atası Kəmaləni çağırdı.

-Bax Paşa, bu səninlə ilk və son görüşümüz oldu. Bir daha məni narahat etmə. Çalış məni unut. Başqası ilə də xoşbəxt ola biləsən.

Kəmalə öz sepini çıxardıb mənə verdi.

-Bax Paşa bu sepi evinin gizlin yerində saxla. Bu məndən sənə xatirə olsun. Səni unutmayacam, səni qəlbimin dərinliklərində sevəcəm.

Kəmalə sepi əlimə qoyub ordan uzaqlaşmağa başladı.

-Kəmaləəəə....əəəə getmə....! Səni sevirəəəəm....!

Arxasınca qışqırdım amma o arxasına belə baxmadı. Maşına əyləşdi və getdi. Sanki canımdan bir canım getdi. Mən onsuz bir gün yaşaya bilməzdim. Kəmalə getdikdən yarım saata qədər mən onun arxasıyca baxdım. Bəlkə qayıda bilərdi. Bəlkə...Kəmalə getdik sonra altı gün ancaq içki içdim. Özümə içkilərlə təsəlli tapırdım. Sirrimi bölüşəcəyim, dərdimi anlayaca tək dostum içkilər olmuşdu.

Bu gün isə sonuncu günümdür. Kəmaləm bu gün başqasına yar olur. Altı gün içində onu axtarsam da, tapa bilmədim. Ay Allah sən bilərsən, axı harda gizlədirdilər Kəmaləmi. Eh, sən hər şeyi bilsən də heç vaxt danışmırsan. Ancaq dinləyib və izləyirsən. Cavab ver indi, bəyəndinmi ? Bu gün mənim həm ad günüm, həm Kəmaləmin toy günü, həm də ölüm günü kimi yaddaşlarda qalacaq. Ay Allah bir arzu istədim, yerinə yetmədi. Ömrümdə ilk dəfə sevinmişdim. İlk dəfə onun əlindən tutmuşdum. Niyə belə oldu axı ? Tək günahım sevmək oldu ki, onun da bədəlini çox yaxşı ödətdin ! İndi isə gəlirəm yanına. Ad günümdə necə gözəl hədiyə verdin ! Tək yaşama səbəbim yarımı əlimdən aldın.

Nə isə, bu intihar məktubumu sənə suallarımla doldurmayacam. Kəmalə mən səni sadəcə sevdim. Bu mənə verdiyin xatirə sepini isə burda qoyuram. Elə bu məktubun üstündə. Ümid varam ki, xoşbəxt olarsan. Amma mən sənsiz nə xoşbəxt ola bilərdim nə də yaşaya bilərdim. Səni sevirəm ! Əlvida...!


Paşa Hikmət