Rəbiqə Nazimqızının ilk kitabı işıq üzü gördü

Rəbiqə Nazimqızının ilk kitabı işıq üzü gördü

Portalımızın daimi müəlliflərindən olan istedadlı şair Rəbiqə Nazimqızının ilk şeirlər kitabı işıq üzü görüb.
"Sənə qədər" adlanan şeirlər kitabı "Rəsul Rza adına Ədəbiyyat Fondu" tərəfindən dərc edilib.
Qeyd edək ki, Fond qaydalara görə, bu il təsis etdiyi "Ümid işığı" mükafatının qaliblərinin kitablarını dərc edir. Rəbiqə Nazimqızından başqa, fond nəsr üzrə "Ümid İşığı"nın qalibi olan Ülviyyə Heydərovanın da  kitabını dərc edib.
Hər iki müəllif  "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçılarıdır.