Rəhim Əliyev. Yazıçılıq yolu
Tənqid
- 02.09.2011
- 0 Şərh
- 1317 Baxış
Bu yaxınlarda “Azadlıq” radiosunun hekayə müsabiqəsində Aslan Quliyev məni 50-55 yaşlarında bir yazıcı ilə tanış elədi. Ortaboy, qaşqabaqlı, lopa qaşlı bu kişi müsabiqədə mənimlə birgə ikinci mükafatı aldı. Orada bizə müsabiqənin 50 ən yaxşı hekayəsinin toplusunu təqdim etdilər.
Kitabı bağa apardım və Azad Qaradərəlinin hekayəsini oxudum, qəribə adı vardı: “Gilənar albalı olurmu?” Hekayə qadının – Nargilə adlı qaçqın qadının tarixçəsidir. Diqqətimi ilk cəlb edən qəhrəmanın qadınlığı idi. Bizim kənd prozasında bu adilik deyil. Azad isə həm deyim tərzi, həm təbiətə lirik münasibəti ilə bu yazıda kənd prozasına yaxın idi.
Onun sərt, şifahi danışığa yaxın təhkiyəsi də xoşuma gəldi. Azad hekayəsini şifahi dildə işlənən köhnə sözlərlə bəzəməyi xoşlayır və bu onun dilinin ifadə gücünü artırır. İlk hekayələrində, kənd müəllimi olanda yazdığı hekayələrdə onun dili hamar, normativ qəzet dilidir. Sonrakı hekayələrdə isə o, təsvir etdiyi mühitdə işlənən, amma yazıya az düşmüş sözləri işlətməyi xoşlayır. Onun bildiyi və işlətdiyi belə sözlərin sayı çoxdur. Azadın hekayələri bu baxımdan da çox maraqlıdır, xalq danışıq dilində hələ yazıya düşməmiş böyük imkanlardan xəbər verir. Radio-pyeslər üzərində çalışması onda şifahi dramatik replikanın hədsiz imkanlarından istifadə ustalığı yaradıb.
Hekayədə həm insan taleyi, həm təbiət mövzusu, həm də qaçqınlıq məsələsi vardı. Birinci mənimçün daha əhəmiyyətli idi, çünki bu, əsil yazıçı istedadının əlamətidir. Yazıçı -- ilk növbədə insanları duyan, sevən və onlar barədə danışmağı xoşlayan bir insandır. Qalan mövzular insana aid olduğu üçün dəyərlidir. Yaxşı yazıçılıq -- insanı dərindən duya-duya göstərməkdir.
Hekayədə kompozisiya səliqəsizliyi vardı. Amma qəhrəmanlar yaxşı təsvir ediləndə bunun ziyanı olmur. Onun hekayəsində bir də Qarabağ müharibəsi vardır. Sonra bu müharibəni onun əksər yazılarında izlədim. Burada qəzetlərdə verilən nalə və nifrət dolu müharibə yoxdur. Burada hər qəhrəmanın öz müharibəsi ilə üzləşirik, bu isə təzə bir müharibə obrazı yaradır. Azadın hekayəsində də itirilən torpaqlar barədə ümumi sözlər yox, insanın itirdiyi şəxsi evi, məhəlləsi, qohum-qonşusu ilə, qucağında böyüdüyü təbiətlə bağlı intim yaşantıları verilir. Bu bədii idi, təzə idi.
Məsələn, “Ulartı” hekayəsi nağıl metamorfozu üzərində qurulub. Bacısı erməni əsirliyində olan gənc xəcalətdən itə çevrilir və sahibsiz, baxımsız itlər kimi ulamağa başlayır. Sonralar Azad bu obraz üzərində daha iri bir əsər yazdı: “Günəş tutulan yerdə” romanı. Bu əsər Qarabağ müharibəsi haqqında ən dəyərli, ən həyatı yazılardan biri sayıla bilər.
Mən Azaddan oxuduğum bircə hekayə barədə qeydləri dostum Aslan Quliyevə dedim. Sonra biz ikinci dəfə görüşdük: Azad Qaradərəli sonuncu kitabını mənə gətirmişdi, hətta məni kitabın təqdimatına dəvət elədi. Öyrəndim ki, Azad Zəngilanda kənd müəllimi olanda onun ilk hekayələrini “Ədəbiyyat qəzeti”ndə işləyən Sabir Əhmədov çap edirmiş. Sabir müəllim özü də ədəbiyyata kənd müəllimliyindən gəlmişdi, ona görə xalq icindən gələn gənclərə həssas idi.
Azadın mənə bağışladığı kitab 2011-ci ildə “Qanun” nəşriyyatında çıxmış “Burda yer fırlanmırdı” kitabı idi, ordan başqa hekayələri də oxumağa başladım. Mənim qarşımda Azərbaycan kəndinin yeni bir obrazı açıldı. Bu, təzə bir yazıçının kəşfi idi. O yeni bir kənd obrazı təqdim edirdi. Bu kəndin sahibi və əsas adamları qadınlar idi. “Gədə”, “Ən ağır yük”, “Sınıqlıq”, “Tamarzılar”, “Hər gün səhər tezdən”, “Toy olmayan günlər” kimi hekayələr müasir nəsrimizdə ədəbi hadisə sayıla bilər.
Bizim prozada bu səviyyədə qadın obrazları yoxdur. Qadınları yaxşı təsvir etməkdə onu ancaq Seyid Hüseyn, İlyas Əfəndiyevlə müqayisə etmək olar. Çünki Azad Qaradərəlidə həqiqi, böyük yazıçı səmimiyyəti var. O insanların, həyatın sərt üzünü də göstərməyi xoşlayır. Bununla o sələflərindən də seçilir. Azadın qadın obrazlarının əksəriyyəti sərt, amansız addımlar da ata bilən adamlardır.
Məsələn “Hörgü” hekayəsindəki Ayişə belə bir qadındır. Yazıçı balaca hekayədə onun bütün taleyini, bu taleyin sərt döngələrini də qələmə alır. Arvad hesabına kolxoz sədri olan əri öz katibəsini boğaz eləyəndən sonra Ayişə uşaqlarını da götürüb ərini tərk edir. Öz rayonlarına gedir. Yazıçı bunu müsbət bir hal kimi yox, həyat faktı kimi, öz daxili dəyərləri ilə yaşayan qadının seçimi kimi qələmə alır.
“Dəli Sərvərin dəli olmağı” hekayəsi yazıçının psixoloji dərinlik cəhətdən ən güclü yazılarından biridir. Bu hekayənin də qəhrəmanı Kor Simuzər adlı vaxtı keçmiş qızdır. Bir təsadüf üzündən onun bir gözü uşaqlıqdan şikəst olub. Bur gün onu kənddə Sərvər adlı əsəbi, amma qəribəlikləri olan birinə ərə verirlər. Simuzər daxili qadınlıq instinkti ilə Sərvəri duyur, onun dilini tapır və onların iki uşağı da olur.
Lakin Sərvərin anası öləndə onun tamahkar şəhərli qardaşları onun qapısının mal-qarasını kəsirlər, qan və ədalətsizlik görən Sərvər doğrudan-doğruya havalanır. Amma onun dəli olmasının əsil səbəbini ancaq Simuzər bilir və duyur. Onun fitri qadınlıq duyğusu hekayənin əsas bədii yeniliyi kimi açılır. Bu hekayə Avropa tənqidçiləri tərəfindən Z.Freydin təsiri kimi oxunardı. Amma əslində bu yazı Azadın adamları duyma fəhminin parlaq bəhrəsidir.
Azad parlaq bir hekayəçidir. Bu hekayələrin bir qismi qısadır. Lakin onların hamısında həyat faktına, insan əməllərinə təzə bir baxış bucağı var. Onun süjetləri, qəhrəmanları hamısı onun özününküdür, öz mühitinin və bioqrafiyasının faktlarıdır. Onda ədəbiyyatdan və kitabdan gələn mövzular yoxdur. Əsil yazıçılar məhz belə olur. Onlar öz həyat biliklərinə və təcrübələrinə öz yazıçı baxışlarını tapırlar. Bu ancaq həqiqi yazıcı fəhmi sayəsində, adamları qeyri-adi duyma bacarığı sayəsində mümkün olur. Azadın hekayələrini sayca çox hesab etmək olmaz. Amma bu az hekayələrlə də o, müasir nəsrimizdə silinməz iz qoyacaq. Çünki bunlar ancaq yaxşı hekayə deyil, onlar kənd adamına sözün həqiqi mənasında bizim nəsr üçün yeni bir münasibətdir. Azadın müasir nəsrimizə əsas töhfəsi elə budur.
Bu münasibətdə sovet dövrü kənd prozasının sxem və tipajlarından heç nə yoxdur. Onun kəndi şəhərin əksliyi deyil, bu adamların öz evlərindəki, dükan-bazardakı, adam arasındakı ikiüzlü həyatının kənd qəsəbəsindəki davamıdır. Onun üçün kəndli bicliyi insanların fitrətindədir, yaşamaq üsuludur. O insanların adiləşən, vərdişə dönən əxlaqi qüsurlarını görür və yazır. Ona görə kənddən yazsa da, onu kənd prozasına aid etmək doğru olmazdı.
Onun adamları gözlənilməz deyil, bəlkə adidir. Amma qeyri-adilik Azadın bu adamların taleyinə qarşı tapdığı baxış bucağıdır. Bu bucaq adətən dərin və təzədir, qəhrəman kimi seçilən adamların taleyinə, əxlaqına yeni baxışdır. Bu baxımdan “Qoç əti” hekayəsi gözəl misaldır. Həsənqulu kişi Rusiyaya işləməyə getmiş oğlunun qayıdışına bir buynuzlu qoçu üç il saxlayır. Qoç qəfildən öləndə arvadı Əfşan onu yoldan çıxarır: kişi murdar olmuş heyvanın dərisini soyur və aparıb yağlı əti bazarda satır. Hekayənin sonluğunda kişi murdar olmuş ətdən xörəyi bilmədən ləzzətlə yeyəndə oxucunun ürəyi bulanır. Bu yazıçının ustalığıdır. Azad bu hekayədə insanın özünü əxlaqdan azad etməsi prosesini göstərib. İndi hər yerdə xüsusi peşə -ölü heyvanların ətini yığıb satan adamlar əmələ gəlib. Əslində bu cəmiyyətdə əxlaqın və insafın deqradasiyasıdır, əşirət dövrünə qayıdışdır. Əşirət dövrü yemək üçün qaydasız mübarizə idi, indi pul üçün qaydasız mübarizə gedir.
Azadın yazıcı səmimiyyəti çox güclüdür, bəzən riyakar məmur utancaqlığı sərhədlərini də keçir. Bəlkə bunda Alatorancıların təsiri vardır. (Amma Azad özü onlara məhəbbət bəsləmir.) Mənimçün bu müstəqil ədəbi hərəkatdakı daxili bütövlük faktlarından biri kimi maraqlıdır. Bu səmimiyyəti onun “Uzun hekayə” adlı povestində görmək olar. Azad ancaq onu içəridən qızdıran, yandıran faktları yazır və bu yazılar bəzən lava kimi püskürür, oxucunun ürəyini də yandırır, onu kövrəldir. Bu əsər yataqxanalar haqqında söhbət kimi başlanır, amma onların hamısının mərkəzində yazıçının özünün həyat dramı və daxili iztirabları durur.
Azadda insanların fəhmə duymaq, hiss etmək qabiliyyətindən dedik. Bu qabiliyyət sosial proseslər haqda yazanda qeyri-adi bir nəticə verir sosial proseslərin parlaq mənzərəsi ortaya çıxır. İnsan ehtiraslarının dramı – həqiqi, səmimi, ağrılı daramı ortaya gəlir. “Uzun hekayə” ədəbiyyatımızda yeri boş olan parlaq bir romanın konspekti təsiri bağışlayır. ( Şair Eldar Baxış barədə xatirələr istisna olmaqla, fikrimcə, Azad bu barədə ayrıca bir yazı yazmalıdır).
Mənim üçün “Uzun hekayənin” ən qiymətli cəhəti yenidən qurma başlayandan 1990-cı ilin avqustuna qədər, SSRİ dağılana qədər bir rayon mərkəzində baş verən azadlıq inqilabının təsviridir. SSRİ-nin dağılmasının Azərbaycan baxımından əsas hadisələri rayon mərkəzlərində baş verib və dağılma prosesinin əsil tarixi mənası bu hadisələrdə üzə çıxır. Çünki kommunist partiyası B. Yeltsin tərəfindən qadağan edilməmişdən əvvəl məhz bizim ucqar rayon mərkəzlərində öz rəhbər statusunu itirmişdir. Bu prosesi Azad, yazıdan göründüyü kimi, gözəl bilir, özü onun iştirakçısı olub.
İndiki halda yazıda inqilabın gedişi və onun indiki nəticələri qarışıqdır: zaman planı tez-tez irəli-geri dəyişir. Bunları ayırmaq da olar. Bütün inqilablar 20-30 il sonra başa düşülür, ədəbiyyata addayır. Azad bu işdə birincidir—daha doğrusu xalq inqilabını real proses kimi, bütün dəqiqliyi ilə göstərməkdə birincidir. Lakin yazının indiki sonluğu – Vəkil Səxavətin dil açması -- əsərə yekun vurmur və müstəqil novella təsiri naxışlayır.
Azadın uzun hekayəsi bu mövzunun balaca bir konspektidir, ümid edirəm ki, o bu konspekti təzədən işləyib ədəbiyyatımızı parlaq bir əsərlə zənginləşdirəcəkdir. Bu xalq hərəkatının əsil tarixi olacaqdır. Əslində Bakıdakı, Azadlıq meydanındakı tarix kənardan idarə edilənlərin iştirakı ilə bir məzhəkəydi, bu tarixi proses deyildi. Xalq hərəkatının həqiqi tarixi ucqarlarda, Zəngilan, Cəlilabad, Sabirabad kimi rayonlarda olubdur və məhz bu tarix xalq hərəkatının əsil daxili mənzərəsini, mexanizmlərini aca bilər. Azadlıq meydanının da tarixi yazılacaq. Amma burada xalq, Azərbaycan xalqının iradəsi heç zaman görünməyəcək. Bu iradə Azadın hekayəsinin indiki variantında artıq az-çox görünür. Tarixi baxımdan bu çox maraqlıdır.
İndi qızıl-qırmızı yaltaqlığın ləyaqətdən, ağıldan, elmdən, əxlaqdan qiymətli olduğu bir cəmiyyətdə Azad Qaradərəli tipli yazıcıların itib-batmaması, anadan əmdiyi süd burnundan gələ-gələ mübarizəsini davam etməsi bir möcüzədir.
Amma bu möcüzə insanları yazıçı olmağa vadar edən əxlaqın da müqavimət gücünün heyrətamiz faktıdır. Azadın 56 yaşı var aratıq. Yazıçı üçün bu az yaş deyil. Azadın da enerjisinin, gücünün çağlayan illəri Yazıçılar İttifaqı adlı ədəbi yaradıcılığın təbiətinə zidd quruma qarşı mübarizədə keçib. Müstəqilliyəcən Azadın da Aslan Quliyev, Aydın Tağı, Rasim Qaraca, Əlabbas və başqa istedadlı qələm adamları kimi əl boyda bir kitabı çıxmışdı. Bu mübarizələr Aslan Quliyevin “Məni niyə öldürürsüz” adlı manifestvari yazısında ifadə edilib. Bu barədə Azadın da “Əstal” adlı hekayəsi var. Fantasmaqorik üslubda yazılmış yazıda Azad özünə qarşı Yazıçılar İttifaqı mühitində edilmiş ədalətsizlikləri qəzet səhifəsini dolduran qan obrazında vermişdir. Bu hekayədə mərhum Sabir Əhmədovun da obrazı vardır. O həmişə deyirdi: 37-də qanımızı töküb öldürürdülər, indi ayaq üstə öldürürlər...
Yalnız müstəqillik illərində ayaq üstə öldürülənlər öz hesabına da olsa kitab buraxmaq hüququ qazandılar. Bu yöndə “Qanun” nəşriyyatı, Şahbaz Xuduoğlu da müsbət işlər görür. Bu gün inamla demək olar ki, artıq Yazıçılar İttifaqının riyakar bütpərəstlik təsirindən uzaq olan müstəqil Azərbaycan ədəbiyyatı addım-addım dirçəlir. Məhz Yazıçılar İttifaqından kənarda dirçəlir. Alatorançılar – Rafiq Tağı, Rasim Qaraca, Qanturalı, Ceymur Baycan, Əli Əkbər -- və Azad Qaradərəli ilə birgə addımlayan Aslan Quliyev, Əlabbas, Nəriman Əbdülhəsənli və b. əslində bir ədəbi hərəkatın özəyini təşkil edirlər. Bu, ilk növbədə, müstəqil ədəbiyyatdır, öz əxlaqi və yaradıcı prinsipləri olan ədəbiyyatdır. Ədəbiyyat onlar üçün fərdi yoldur, özünü tapmanın əzablı və tənha yoludur. Bu yol qoltuqlara girməklə işıq ucu axtaranların əks qütbüdür. Çünki həqiqi yazıçılıq Prometey kimi tənha məğrurluqdur, heç bir mükafat gözləmir, mükafat, özünütəsdiq onun içindəki əxlaqi dayaqdadır.
Azad bu yolu dözümlə gəlib və məğrur-məğrur davam edir. Bu yazıçının savaşı və yazıçılıq savaşıdır. Bizdə bu savaş qələm adamının yoxsulluq, məişət qayğıları, işsizlik, tənhalıqla, ictimai rəyin yoxluğu ilə mübarizəsindən ayrılmazdır. Yazıçılıq bu savaşla başlanır və onunla qurtarır. Amma Azadın gücü və enerjisi hələ çoxdur. O müasir nəsrə, müstəqil ədəbi hərəkata hələ böyük töhfələr verəcək.