Türkiyədə azərbaycanlı şairin adına mükafat təsis olundu

Türkiyədə azərbaycanlı şairin adına mükafat təsis olundu

Türkiyənin Çanaqqala şəhərində Akademik Şeir Ailəsi Kültür və Ədəbiyyat Dərnəyi orda yaşayıb pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı şair Məmməd İsmayılın şərəfinə "Məmməd İsmayıl özəl ödülü” təsis edib.
 
Bu barədə Kulisə şair özü məlumat verib. O, bildirib ki, hər il Çanaqqala şəhərində Uluslararası Şeir Festivalı keçirilir. Bu festivalda türk dünyasının çeşidli bölgələrindən tanınmış şairlər iştirak edir və hər il bir nəfər qələm adamının adına təsis edilən mükafat öz sahibinə verilir.
 
"Məmməd İsmayıl özəl ödülü”nün ilk sahibi Uluslararası Kültür və Ədəbiyyat Dərnəyi başqanı Uğur Kılıç olub. Festivalın yekun gecəsində şair adını daşıyan mükafatı laureata təqdim edib.

Edebiyyat.biz