"Uşaq böyüyüb mənim kimi bir gənc qız olmayacaq? Elə hazır mən varam da..."
- 16.10.2007
- 0 Şərh
- 149 Baxış
Nərmin Kamal: "Mən özümü feminist saymıram, amma ətrafda aşırı dərəcədə maskulinizm var ki, onunla savaşmaq üçün heç də feminist olmaq lazım deyil"
- Nərmin xanım, bugünkü gənc yazarların fərqli cəhətlərindən biri odur ki, uşaqlığı imperiya dövrünə, gəncliyi milli müstəqillik dövrünə düşüb və allah bilir qocalığı hansı dövrə düşəcək. Səncə, taleyin bu həftəbecərliyi onların yaradıcılıqlarında da özünü göstərirmi?
- Eyni taleyi ruslar, gürcülər, ermənilər və s. millətlərdən olan yüzlərlə yaradıcı gənc də yaşayır. Bizim hamımızın üzərində dövrün zorakılığı var. Uşaqlığımızda ən çox eşitdiyimiz beş sözdən ikisi "oyuncaq" və "nağıl"dırsa, qalan üçü "çörək növbəsi", "müharibə", "keçid dövrü"dür. Unikal dövr yaşamışıq, belə şeyləri postmodern estetika qədər heç nə ifadə etməyə qadir deyil. Ancaq ruslar bunu öz yaradıcılıqlarında bizdən yaxşı təqdim edə biliblər. Bizim gənc yazarlar milli müstəqil dövləti daha çox tanıyırlar, nəinki ondan əvvəlki Sovet quruluşunu. Həmin dövrü sevərək incələməyə deyil, ancaq "kolxoz" obrazıyla ümumiləşdirib ələ salmağa, qaralamağa meyllidirlər. Bu dövrü yazmaqla milyonlarla oxucu qazanmış, mövzuları, koloriti ilə bizə doğma olan Pelevinin, Yerofeyevin çin, hətta koreya dilinə çevrilməsi kimi faktlar göz qabağındadır. Reallıqla bağlılığı olmayan irfani mövzulardan, dünyada çoxdan həll olunmuş mücərrəd qadın - kişi münasibətlərindənsə, taleyin bu həftəbecərliyini yaradıcılığımıza yansıtsaq, Ədəbiyyat İlahəsinə də xoş gedər.
- Yaradıcılığını diqqətlə oxuyanda görmək olur ki, sən ədəbiyyatda müasir texnologiyaların əks olunmasını istəyirsən. Bu barədə müsahibələrinin birində demişdin də. Ancaq bu yaxınlarda Avropada yaşayan bir dostum məni inandırmağa çalışırdı ki, bu gün həmin müasir texnoloqların vətənində sentimental Dostoyevski daha çox oxunur. Səncə, bu nə deməkdir? Ağ yalan, yoxsa insanlar elə 19-cu əsrdə olduğu kimi sevir və nifrət edirlər?
- Müasir texnologiyalar nə qədər inkişaf etsə də, klassika həmişə oxunacaq, o elə buna görə klassikadır. İkincisi, "daha çox oxunmaq" ədəbiyyatın inkişaf göstəricisi deyil, Dostoyevskini oxuyanlar ədəbiyyat tarixini oxumuş olurlar, ədəbiyyatın inkişafının bu gününü yaratmaq isə avanqard cəbhənin, nəzəriyyəçilərin öhdəliyidir ki, müasir texnologiyalar onların yaratdığı avanqard ədəbiyyatda əks olunmalıdır. Avanqard - ədəbiyyatın və sənətin dərisinin ilk xarici qatıdır, təsirlər, yeniliklər, eksperimentlər hamısı ən birinci ona nüfuz edir. Biz də bu cəbhədəyik, ona görə texniki, texnoloжi yeniliklər, elmi tərəqqinin nailiyyətlərini ədəbiyyata gətirib ədəbiyyatın ərazisini çəmənlik, insan münasibətləri mövzularından daha çox genişləndirmək bizim mövzumuz, öhdəliyimizdir. Hər yazıçı bir ədəbiyyat nəzəriyyəçisi olmalı, yazdığının konsepsiyasına malik olmalıdır. Əsl yazıçı ədəbiyyatını "mümkün olduqca çox adam oxusun deyə" yox, yeni söz demək, yaxud müxtəlif məsələlər haqda öz ideya konsepsiyasını yaymaq, ədəbiyyatı və onun nəzəriyyəsini dirəndiyi nöqtədən irəli inkişaf etdirmək üçün yazır. Dostoyevskinin məhdud sayda əsərləri var, bir ilə hamısını oxuyub bitirmək olar, bəs sonra nə edəcək oxucu? Bir gün müasir yazıçılarla, ədəbiyyatın bugünkü inkişafıyla maraqlanacaq. Bugünkü yazıçının Dostoyevskidən bir üstünlüyü var ki, oxucuyla eyni dövrdə yaşayır, onları eyni problemlər düşündürür, həyat tərzləri, televiziyaları, mətbuatları, dəbləri eynidir, hər ikisi internetə daxil olur, ona görə də bugünkü oxucu öz çağdaşı olan yazıçıdan daha çox şey umub, onun əsərlərində öz Makdonaldizasiyalı, NASAlı, internetli dünyasını axtarır. İnsanın həyata və öz ekzistensiyasına baxışı, sənət meyarları sürətlə dəyişir. Dostoyevskidən sonra ədəbiyyat fərdi yalnızlığın və kommunikasiyasızlığın fonunda hər şeyə etiraza çevrilib, XX əsrin ortalarından etibarən, bu proses tamam yeni məcrada inkişaf edib. Ədəbiyyata yeni nəsil gəlib. İtaliyada İ.Kalvino, U.Eko və s. neoavanqardistlər, Fransada Alen Rob-Qriye, Natali Sarrot, Klod Simon, Жerom Lindon və b., ABŞ-da Lesli Fidler, Con Bart və s. Yaxşı olardı ki, bizim sənət meyarlarımız dəyişsin. Bizim Avropa haqda təsəvvürlərimiz "Avropada yaşayan bir dostum deyir ki, onlar Dostoyevskini daha çox oxuyurlar" şəklindən o tərəfə getməlidir. Biz Avropa haqqında mücərrəd "Şam şəhərində yaşayan bir nəfərin" rəvayətinə əsaslanıb fikir yürütməkdənsə özümüz internetə girib Avropa kitab bazarına həsr olunmuş konkret satış top-tenlərini izləyə bilərik. Bu, bir. İkincisi, biz postkolonial dövrdə yaşayırıq, buna görə də özümüzü daha Avropa tərəfindən unudulmuş yox, arzuedilən, tələbolunan hiss etməliyik. Bir gün Britaniya, Fransa, İspaniya kimi müstəmləkəçilər dünənəcən onların koloniyası olmuş üçüncü dünya ölkələrindən Eduard Səid kimi yeni intellektuallar çıxdığını gördülər, onların artıq nə avropalı, nə də amerikalı olmadıqlarından diksindilər. Bundan sonra üçüncü dünya ölkələrinin intellektuallarına, onların mədəniyyətinə proжektor salındı. Bu, həm də bizim üçün yaranan şəraitdir, axı biz də bir növ keçmiş koloniyayıq...
- 15-16 illik müstəqillik kifayət etdi ki, Sovet vaxtı arzusunda olduğumuz milliliyin nə demək olduğunu başa düşək. Sən demə, milliləşmə kitabxanaları restoranlara, oxucuları fanat-pərəstişkarlara çevirmək imiş. Millilik və beynəlmiləllik haqda düşüncələrini bilmək maraqlı olardı. Səncə, bu qədər çalıb-oxumağın axırı nəylə qurtaracaq?
- Bizim cəmiyyət artıq öz-özünə allergiya verməyə başlayıb. Millilik duyğusu metastaz şişi kimi yayılıb, təkcə beynəlmiləlliyi yox, reallıq hissini də əvəzləyib. Tamaşa cəmiyyətində yaşayırıq. Yəhudilərin, ermənilərin, almanların, rusların Bakını tərk etməsilə, pantürkist urapatriotlar yayıldı, ölkə öz çoxkültürlü, polietnik simasını itirdi, monomillətli kəndə çevrildi. Daş atırsan, urapatriota, irqçiyə dəyir. Zənci dostlarıma "Bakıda irqçilik hiss edirsənmi" deyirəm, başlarını bulayıb "həddən artıq çox" deyirlər. Milliliyi fundamental dindarlıq dozasında olanlar internasional şəhər kimi tanınan Bakını nüfuzdan salırlar. Ж.Bodriyarın şərin şəffaflığı haqda fikirlərinin əyani obrazını bizim cəmiyyətdə görmək olar. Əslində millətçilik ali ideyadır, başqa millətləri əzmədən öz millətinin inkişafı üçün, dünya düzənində onun səsinin eşidilməsi üçün çalışmaqdır, bizdəki isə milliliyin simulyakrasıdır (simulacrum - xalis görüntü, yalandan özünügöstərmə - A.Y). Belə olan halda əlimizdən nə gəlir, yalnız incəsənət, art-ekstremizm tənqidi və terapevtik gücə malikdir. Güclü beynəlmiləlçilik təbliğatına ehtiyac var. Dünya ədəbiyyatına baxaq: Paviç Belqradı, Pamuk İstanbulu, Nabokov Berlini, P.Akrayd Londonu, Kortasar Parisi, Bulqakov Moskvanı, Andrey Belıy Peterburqun obrazını yaradıb. Bunların hamısı beynəlmiləl şəhərlərdir. Urbanist ədəbiyyat yalnız beynəlmiləl düşüncə olan yerdə formalaşır. Noyabr ayında Ermənistanın "İknagir" ədəbiyyat жurnalında şeirlərim çıxacaq, buna heç olmasa, incəsənətdə, ədəbiyyatda beynəlmiləlliyi saxlamaq üçün getmişəm.
- Belə bir söz deyirlər ki, yaxşı yazıçı olmaq üçün həm də gərək yaxşı oxucu olasan. Azərbaycanlıların yaxşı oxucu olmamasının səbəblərini nədə görürsən? Niyə bizim toplum daha çox şifahi münasibətlərə can atır?
- Bu, çöl-tərəkəmə əxlaqının qalığıdır. Oxumaq, yazmaq, ümumiyyətlə, mətn bir mədəniyyətdir. İnkişaf etmiş ölkələrdə oxuma faizi yüksək, geridə qalmış dövlətlərdə, həmçinin dövlətsiz millətlərdən olan qaraçılarda, kürdlərdə daha aşağı oxuma faiz göstəriciləri var. "Haaretz Zvi" Kürdüstan adlanan ərazidə və ümumiyyətlə, ərəbdilli ölkələrdə kitab bazarının vəziyyətinə dair araşdırma aparıb. Kitabçılar araşdırıcılara bildiriblər ki, cinsi məzmunlu kitabları ərəb dilinə daha çox tərcümə edin, çünki hamısı satılır. Naşirlər bildiriblər ki, onlar normal kitabların tərcüməçilərinə kifayət qədər pul verə bilmirlər, çünki həmin kitablar çox az satılır. Məsələn, Orxan Pamukun "Mənim adım qırmızı" romanı Suriyada cəmi 2 min nüsxə satılıb. Müqayisə üçün, həmin kitab Cənubi Koreyada 70 min nüsxə satılıb. İnsan kültürsüz olduqca həyatdan daha az tələbi olur: yemək, yatmaq, instinktlərini ödəmək.
- Azərbaycanda cinsi parçalanma prosesi gedir. Buna münasibətin?
- Cinsi parçalanma, mətbuatda kişi şovinizmini tərif edən yazılar patriarxal Azərbaycan kəndində böyümüş gənc yazarların Bakıya kənddən özlərilə gətirdikləri problemdir. Urbanist mühitdə orta əsrlərdən qalma kişimərkəzçi patriarxal təfəkkür gizlədilməsi gərəkən bir ayıbdır. Bu təfəkkürdə olan, qadına təkcə kişi doğulduğuna görə yuxarıdan aşağı baxan, "qadın insanın dostudur" fikrində olanlarla bir irqçi, yaxud faşist arasında fərq yoxdur. Klassik dövrün fəlsəfəsi qadınları, uşaqları və dəliləri idrak çərçivəsindən uzaqlaşdırdı. Platon "qadınlar heyvan və insan arasında mövcudluqdur... sevinirəm ki, kişi doğuldum, qadın yox, yunan doğuldum, barbar yox", Pifaqor "Düzümü, işığı və kişini yaradan xeyir başlanğıc, bir də xaos, qaranlıq və qadını yaradan şər başlanğıc var" deyirdi. Klassik fəlsəfə uşaqların və dəlilərin inkişafsız olduqlarını deməkdən başqa yol tapmadı, klassik fəlsəfə deməyə risk etmədi ki, sağlam və inkişaflı şüurdan başqa şüur formaları da mövcud ola bilər. Bu səbəbdən yalnız klassik fəlsəfə və ənənəvi dinin öldüyü Modernizm epoxasında psixologiya və sosiologiya kimi elmlər inkişaf tapdı. Modernizm elmi araşdırmalarla kişi və qadını bərabər cinslər kimi tanıdı. Postmodernizmdə xeyir-şər, ağ-qara, kütləvi-elitar kimi binar müxalifliklər aradan qalxdığı kimi, kişi-qadın simvolik müxalifliyi də dağıldı, liberal prinsiplər totalitar, faşist və s. universallıqları əvəzlədi, hər bir şəxsiyyətə hüquqlar verildi, fərqli cürlük təsbit olundu, azlıqların hüquqları müdafiə edildi. Hətta uşaqlara ildə bir gün prezident kürsüsündə oturmağa imkan verən Uşaqlar Günü gətirdi.
Cəmiyyətdə çoxlu problem var, onların mənbəyini heç də cinslər bir-birinin qadınlığında, kişiliyində axtarmamalıdır. Bu, ən azı sizin özünüzün son illər təbliğ etdiyiniz postmodernizmin nəzəri əsaslarına ziddir. Mişel Fukonun, Yuliya Kristevanın cins fəlsəfəsindən sonra postmodern epoxada maskulinist mövqe ilə çıxış etmək indi Parisdə orta əsrlər Şərq padşahı qiyafəsində gəzmək kimi bir şeydir. Mən özümü feminist saymıram, amma ətrafda aşırı dərəcədə maskulinizm var ki, onunla savaşmaq üçün heç də feminist olmaq lazım deyil. Nədənsə feminizm sözünün qorxulu mifi yaradılır, ancaq maskulinizmin yox. Yeri gəlmişkən, 20-ci əsrin ən uğurlu fəlsəfi əsərlərindən olan Simona de Bovuarın "İkinci cins" ikicildlik kitabını azərbaycan dilinə tərcümə etməyə başlamışıq.
- Tanrı köməyiniz olsun, müsahibim olduğun üçün mübahisə etmək istəmirəm. Ancaq icazə ver, sənin kənd-şəhər ayrıseçkiliyində üstünlüyü birmənalı olaraq şəhərə verməyinlə razılaşmayım. Birincisi maraqlıdır, sən hansı xüsusiyyətlərinə görə Bakı mühitini urbanist hesab edirsən? Hər halda Cırdaxan kəndi ilə Bakı arasında olan oxşarlıq, Bakı ilə tutalım, Moskva arasında olan oxşarlıqdan qat-qat çoxdur. İkincisi, hansı daha urbanistdir, kənddən gələn, qısa müddətdə öz sənətini dünyanın ən avanqard musiqiləri ilə sintez edən dünya şöhrətli Alim Qasımov, yoxsa, urbanizasiyanın göbəyində böyüməsinə baxmayaraq, adı it dəftərində olmayan Samir Bağırov? Demək istədiyim odur ki, fərdin potensialını birmənalı olaraq mühitlə şərtləndirmək o qədər də doğru deyil. Ancaq mövzu çox geniş olduğu üçün istərdim bu barədə "Göləqarğısancan"ın növbəti sayında yazasan, sualım isə belə olacaq, son zamanlar mətbuatda görünmürsən? Özün istəmirsən, ya unudulmusan?
- Yazacağıma söz vermirəm. Bir müddət "Gündəlik Azərbaycan"da yazırdım, o qəzetdən sonra mətbuata marağım itdi, bir neçə yazıçı dostumla mən ömrümüzü gündəlik köşə və xəbərlərə tükətməməli olduğumuzu, köşəyə yox, kitaba, dınqıltıya yox, əsl sənətə, elmə vaxt sərf etməli olduğumuzu razılaşdırdıq, mən də ixtisasımın dalınca yollandım. Bu sarı, bir-birinə oxşayan qəzetlərdən, savadsız yazılardan, darıxdırıcı redaksiyalardan, ömrünü mətbuatda keçirən yüzlərlə uğursuz insanın mövzularından aralanıb başqa sahəyə gedəndən sonra mətbuatda keçən günlərin nə qədər beyhudə olduğu daha yaxşı görünür. Başqa qəzetlərdən təkliflər aldıq, amma "geriyə dönmə, cavan" demişlər, nə qədər unudulsaq, bir o qədər yaxşıdır.
- Ekodan nə xəbər?
- İndi U.Eko sayca yeddinci romanı üzərində işləyir, neopraqmatist filosof Riçard Rortinin bir neçə ay öncəki ölümündən sonra onun haqqında xatirələrindən ibarət kitab yazır, Milandadır, qırxayaq həyat tərzinə davam edir, fleyta çalır, elektron məktublara cavab vermir, hərdən biz görünməyən nömrədən onun İtaliya nömrəsinə "vızov" atıb gülüşürük. Oktyabr ayında Milan Cattolica Universitetindən tədqiqat üçün aldığım dəvət üzrə yenə İtaliyaya gedəcəyəm, çox ümid edirəm ki, onun daha bir mühazirəsinə düşəcəyəm, artıq xahiş məktubu göndərmişəm. U.Eko haqda yaxın vaxtlarda bir nəzəri-fəlsəfi kitabım çıxacaq. Bu kitab həm də mənim doktorluq dissertasiyamdır. Həmin kitabla U.Ekonu Azərbaycan dilinə qazandıracağam.
- Niyə ərə getmirsən?
- Əvvəl getmək istəyirdim, sonra sən Aqşinin "qadın kişiyə ziyandır, uşaq da qadına", Lalə Cavanşirin "özünə de ki, roman yapacağam, uşaq yox" təbliğatı mənə təsir etdi, sonra təhsilimlə bağlı Avropaya bir neçə səfər etdim, ailə haqda fikirlərim, həyata baxışlarım dəyişdi. İndi də gözüm təqvimdədir ki, tez filan ay gəlsin, sənədlərim göndərilsin, qaçım Avropaya. Uşaq böyüyüb mənim kimi bir gənc qız olmayacaq? Elə hazır mən varam da. Azadlığın və gəncliyin dadını çıxarıram.
Aqşin YENİSEY