Xanım Qafarova vəfat etdi

Xanım Qafarova vəfat etdi

Əməkdar artist bu gün, bir necə dəqiqə əvvəl keçinib

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarova vəfat edib. Bu barədə ANS PRESS-ə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib. Bu gecə onun vəziyyəti ağırlaşmışdı. Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, gecə ərzində bir necə dəfə həkim çağrılıb. Lakin həkimlər onun üçün heç nə edə bilməyəcəklərini deyiblər.

Aktrisa sabah müalicə olunmaq üçün İsrailə getməli idi. Onun müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutmalı idi.
Bundan öncə isə aktrisa Türkiyədə müalicə edilmişdi.

Kult.Az