Aktyor Şahin Cəbrayılov vəfat edib
- 05.09.2007
- 0 Şərh
- 1331 Baxış
Ömrünün 30 ilini səhnəyə həsr etmiş aktyor bir qədər əvvəl infarktdan keçinib
Azərbaycan teatr sənətinə ağır itki üz verib. Ömrünün 30 ilini səhnəyə həsr etmiş aktyor Şahin Cəbrayılov bu gün saat 11.00 radələrində dünyasını dəyişib. “Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”, “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”, “Özgə ömür” və bu kimi bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaradan Şahin Cəbrayılov artıq 12 ilə yaxındır ki, səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşmışdı. Aktyor bir müddət əvvəl beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirib. Bu gün isə infarkt keçirən aktyor dünyasını dəyişib. /ANS TV/