Lənkəran TV-nin tezliyi “Cənub TV”-yə verilib
- 07.09.2007
- 0 Şərh
- 291 Baxış
Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Lənkəran TV”-nin tezliyi üzrə elan olunan təkrar müsabiqənin yekunları müzakirə edilib.
MTRŞ-dən APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə müsabiqənin yeganə iştirakçısı olan “Cənub TV” MMC-yə 6 il müddətinə yayım üçün xüsusi razılıq (lisenziya) verilib. Qeyd edək ki, lisenziya müddəti uzadılmayan Lənkəran TV-nin yayımlandığı 29-cu tezlik üzrə bu il iyunun 6-da elan edilən müsabiqəyə müraciət edən iddiaçıların sayı 3-dən az olduğuna görə sonradan müsabiqənin müddəti avqustun 20-dək uzadılıb. MTRŞ Lənkəran TV-nin fəaliyyətini kanalın təsisçiliyində olan problemlərə görə dayandırıb.