Ruslan Mollayev. Çobanyastığı (Qısa hekayə)

Ruslan Mollayev. Çobanyastığı (Qısa hekayə)

Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq! Əkin sahəsində ətəklərini qatlamış qızlar bizi görüb əl elədilər. Onların içində özümüzlə gətirə bilmədiyimiz əsgərlərin sevgililəri də vardı. Bunu başlarını qaldırmadan işlərinə davam etmələrindən bildik.

- Uşaqlar! - deyib, digər əsgərləri də çağıraraq bütün nəfəslikləri açdıq: şehlənmiş gül qoxusu, sərin külək qarışıq, vaqonlara doldu...

03.05.2020