Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında

Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında

Ukraynanın populyar "Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Dövlət Tərcümə Mərkəzindən Yarpaq.az-a bildirilib ki, qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş "Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun "Ev tikirəm”, Salam Sarvanın "Dar ağacında azmışam”, Aqşin Yeniseyin "Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi və Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın "Поезія гранатових відтінків” ("Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.

Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə ediblər.

Səhifə, həmçinin Ukraynanın məşhur "litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.