"Filmlərimi mənimlə birlikdə yandırın" - VƏSİYYƏT


        
Tanınmış amerikan rejissor və aktyor Vudi Allen (Woody Allen) "Öləndə bütün filmləri mənimlə birlikdə yandırın" vəsiyyətini edib.

ANNET.Az xəbər verir ki, "The Times" qəzetinə danışan 79 yaşlı Vudi Allen "Hər kəs məzarıma gəlib məni ziyarət edə bilər, filmlərimi izləyə bilər. Amma mən öləndən sonra bunların hamısı anlamsız olacaq. Mən yandırılmağımı istəyirəm, çünki kremasiyaya - ( qədim insanların təsəvvürlərinə görə, dəfn mərasimi ölənin o biri dünyaya keçməsini hazırlayan keçid üsulu - red.) inanıram. O gün gəldiyində vəsiyyətimin - bütün filmlərimin də mənimlə bərabər yandırılmasını istəyirəm".

Vudi Allen 1935-ci il dekabrın 1-də Nyu Yorkda anadan olub. Amerikanın məşhur kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüserlərindən biri hesab olunur.

Yəhudi ailəsində doğulub. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir.

1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazanıb. 1985-ci ildə isə Allen Qızıl Qlobus alıb. Daha bir neçə mükafata layiq görülüb.

Caz həvəskarı olan Allen həm də klarnet çalır.

Filmləri:
Royal kazinosu (1967)
Bananlar (1971)
Seks haqqında hər şey bilmək istədiyiniz, amma soruşmağa qorxudunuz (1972)
Məhəbbət və ölüm (1975)
Enni Holl (1977)
Yay gecəsində seks komediyası (1982)
Radio günləri (1987)
Elis (1990)
Ərlər və arvadlar (1992)
Böyük Afrodita (1995)
Hamı deyir ki, mən səni sevirəm (1996)
Məşhurluq (1998)
Hollivud sonluğu (2002)
Matç-poynt (2005)
Sensasiya (2006)
Kassandranın arzusu (2007)
Viki Kristina Barselona (2008)
Olacaq şey ol (2009)
Sirli naməlumla görüş (2010)
Parisdə gecəyarı (2011)
Roma macəraları (2012)
Jasmin (2013)