Gənc bəstəkarın uğuru
MUSİQİ
- 07.10.2007
- 0 Şərh
- 632 Baxış
Firudin Allahverdinin əsərləri xarici ölkələrdə səslənir
Bu ay bəstəkar Firudin Allahverdinin əsərləri 3 xarici ölkədə səslənəcək. Əvvəlcə 7 oktyabrda Ukraynanın paytaxtı Kyiv şəhərində beynəlxalq “Kyiv Music Fest” festivalında “Tempori nostri” ansamblı bəstəkarın “Hara?” əsərini ifa edib. Əsər festivalın son günündə gənc bəstəkarların əsərlərindən ibarət konsertdə səslənib. Oktyabrın 14-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən digər festivalda eyni əsər “Contempo” ansamblının ifasında səslənəcək. Bəstəkarın bu il yazdığı ən yeni əsəri “12 ifaçı üçün Musiqi” əsərinin isə ayın sonunda Özbəkistan paytaxtı Daşkənddə keçirilən “Omnibus-laboratorium” beynəlxalq master-klassları çərçivəsində səslənəcək.
Qeyd edək ki, Firudin Allahverdi həm də bu master-klassların koordinatorudur. Master-klasslarda Firudin Allahverdidən başqa digər gənc bəstəkar Türkər Qasımzadə də “8 alət üçün musiqi” əsəri ilə ölkəmizi təmsil edəcək.