Mehti Kamiloğlu – Sevincim mənimlə vidalaşmasın...

Mehti Kamiloğlu – Sevincim mənimlə vidalaşmasın...

Gözlərin ismin tək nur saçır, anam,
Sözsüz ki, qəlbinlə əlaqədardır,
Kimsənin xətrinə dəyən deyilsən,
Paxıllıq, küdurət səndən kənardır.

İnamım olan bir qadın sənsən, sən,
Səbəbi yalansız, saf məhəbbətin,
Könlümü oxşayır xoş nəvazişin,
Duyuram həyatın əsl ləzzətin.

Tezliklə yetirə şəfanı Allah,
Xəstəlik yaxandan çəkə əlini,
Zarafat deyildir, vermisən ona
Gör neçə ayını, neçə ilini.

Hey bəzə ömrümü öz varlığınla,
O biri dünyaya tələsmə heç vaxt,
Sevincim mənimlə vidalaşmasın,
Deməyim: "Bugündən bədbəxtəm, bədbəxt".

İçimdə duyğular dilə gəldi ki:
"Məqamdır, misralar yaratmaq gərək,
Əmin ol, yox bizdən gözəl hədiyyə,
Yararlan təbindən, bizi nəzmə çək".

 

Mehti Kamiloğlu

(Bu şeiri 2014-cü ilin 2 mayında anama 53-cü doğum günüylə əlaqədar hədiyyə etmişdim.)