Müğənni öz adına ədəbi mükafat təsis etdi

Müğənni öz adına ədəbi mükafat təsis etdi

"Persona.az” saytı "Zəka Ədəbi Mükafatı” adlı mükafat təsis edib. Saytın rəhbəri Zəka Vilayətoğlunun məlumatına görə, mükafat ildə bir dəfə, hər ilin sonunda, il ərzində nəşr olunmuş ən yaxşı nəsr və şeir kitablarının müəlliflərinə təqdim olunacaq.
 
Mükafatın ümumi məbləği 1000 AZN-dir və nəsr və şeir kitabları üçün, hərəsinə 500 AZN olmaqla nəzərdə tutulub.
 
Ən yaxşı nəsr və şeir kitablarını isə münsiflər, tanınmış şair Vaqif Bəhmənli, tənqidçi-publisist Əsəd Cahangir, yazıçılar Elçin Hüseynbəyli və Aslan Quliyev müəyyən etdikdən sonra mükafat, seçilmiş kitabların müəlliflərinə təqdim olunacaq.