Növbəti uğur, növbəti medallar!

Növbəti uğur, növbəti medallar!


Ötən həftə, sentyabr ayının 6-da  AFhotel Novxanıda Azərbaycan Müasir və Sosial rəqslər Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə "İnternational Silk Way Cup 2013" yarışması keçirildi. Yarışma Beynəlxalq Rəqs Federasiyasının dəstəyi ilə 6-8 sentyabr tarixlərində keçirilən Belly Dance (oriental rəqslər) Avropa çempionatı çərçivəsində "hip hop" və "rəqs şousu" üzrə təşkil olunub.

" Silk Way Cup 2013" yəni "İpək yolu" yarışmasında iştirakçilar 3 kateqoriyada - solo, duet və qrup şəklində bacarıqlarını nümayiş etdiriblər. Yarışmadakı çıxışları  Beynəlxalq münsiflər heyəti (Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan rəqs federasiyasının rəhbərliyi, peşəkar rəqqaslardan ibarət idi) qiymətləndirirdi. Bu tip yarışmalarda hər zaman ən maraqlı çıxışlar "qrup" kateqoriyasında olur. 

Yarışmanın "qrup" kateqoriyasında qalib, 2013-cü il Bakı Çempionu və 2013-cü il Azərbaycan Çempionu adını qazanan "Crazy Eyes Dance Crew" hip hop rəqs qrupu olub. Hazırda "Crazy Eyes" qrupu oktyabr ayında Danimarkada keçiriləcək Dünya çempionatına hazırlaşır.

kult.az