Qəssan Həmdan. Qar (Şeir)

Qəssan Həmdan. Qar (Şeir)

Quylaydan qayıtdıq
hava şaxtadır
yolları qar örtmüş
və yaşıl ladinlər ağ yorğan altda
 
Qaradamları uşaqlarla əylənirlər
kürəklər damları kürüyürlər
hadisə xəbərini gətirmiş qarğalar
şəhərin təkcə qara xalı.

Quylağı evə qovuşduran düzənlik
ayaqlanmamış ağ çöllükdür
seyrək adamlar isə
biz sürgünlərin yalqızlıq tanığı;
dunyanın o başına sürgünə göndərilmiş.

Boz bulud qarnından yağan
ağ qar
və ağ damlardan qopan
qara tüstü
qəribəliyimizi artırır.

İllərdir bu qurbət eldə
şairlər quylaqdan baş qaldırır
qaradamı ilə dərdləşir
baharı gözələyirlər
hələ də yağan qar altında
onlar
qəbirlərinə doğru geri dönürlər.

Tərcümə etdi: Eyvaz Taha