Ayhan Miyanalı. Gündəmin içindəki itən kölgələr!
Köşə
- 02.09.2019
- 0 Şərh
- 7187 Baxış
Ortamlarımızın çoxunu gəzib dolandığım durumda, insanların günü-gündən içdən boşalmalarını izləyib çoxlu sorğuları beyin-zeyinimdə yanıtlaya bilməmişəm!
O sorğulardan birisi budur:
Nədən və nə üçün yaşayırıq?
Bu qonunun haqqında çoxlu axsaqlıqlara rast gəlmək olur; halbuki bu sorğular, yaşam çətinliklərinin ilə yasaqlıqların sürəcində itib batmaqdadır.
Hər şeydən öncə özümüz olmalıyıq; və bu özlük üçün ola bilər ki çoxlu haqqlarımızı əldən verək. Amma əslində heç bir şeyi uduzmayırıq və dünyanın əz qiymətli mükafatına nail oluruq; bu sözlərin qıssa izahı budur: bu mükafatın adı özgürlükdür!
İnsan özünə qayıtdıqda, içindəki gücünü daha yaxşı hissedib, ona güvənib, tam bir öz simgəsi olmağı, öncə özünə, sonra isə bütün kainata isbat edir.
İndi kütlə və onların yaşantı bölgələri, bu başlanğıcın qaynağıdır, və bu haqda, insan hər şeydən qabaq kimsənin sevdiyinə deyil, sadəcə necə düşünüb, nə etməli olmağına dayanqalıb, önə addım atmalıdır.
Bugünkü yaşadığımız bölgədə, hər şey haqsızcasına bölüm-bölüm olunub, birisinə yetərincə verilib; başqasına isə əlindən elə olduğunu da alıblar. O üzdən bu sorğuların ilkin cavabını belə yanıt verməliyik: "bir insanı kölə və ikinci dərəcə insan etmək üçün, onun özlüyünü əlindən alıb, sevdiyin oyunu başaına gətirə bilmək olar”
İnsan özlüyünü itirən zaman, nə üçün yaranıb, nə etməsini özündə axtara bilməz; və hər bimədiyi anıda, ardıcıllıq və köləlik ona sevindirici ekranları görünsədər.
Bugünkü yaşadığımız bölg(k)ədə, hər şeydən qabaq vətən adlı bir basqının ötəsində, Kütlənin başını, dünyalıq çətinliklərə qatıb, onların varlıqlarını əllərindən almaq, çox da çətin bir iş olmayıb. Və insanlar bu durumda, öncə özlüklərini, sonra gərəkən haqlarını əldə edə bilməyib, üç yolun gərginliyində matır-matır gələcəyin planını çəkən qələmlərini bilə sınıq görürlər!
Üç yolun birisi, dayanıb, savaşıb, gərəkən haqqını almaqdır. Bu haq alma ərəfəsində, itib-qurtarıb, dustaqlanıb ölümə səlam vermək, özgür insanı qarşılaya bilər.
Yolların birisi də, susmayım, uzaqlaşım və sözlərimi sızlayan dərdin canına mərhəm edim də ola bilər. Amma nə yazıq ki xalq içində eşidilən səs, onlardan uzaqlaşdıqca, unudsanır!
Üçüncü yol isə, qorxaraq səsimizin tonajını aşağı yendirməklə, dilimizlə ürəyimizin arasında, böyük yalan bir barajı qurub, günü-gündən özdənsizləyirik.
İndi özünə dərinləşib baxan sayın oxucular, özünüzü içdənlik edərək, hansı yolda olub, addım atmağınıza düşünüb, gələcək planınızı çəkin!
Bu siz, bu üç yolun ardındakı gözləyən gələcək!!!!