
"Birinci anamı öldürdüm, sonra atamı..." - Rauf Radan yeni şeirlər
Poeziya
- 06.06.2020
- 0 Şərh
- 4696 Baxış
Persepsiya
güzgü üzərində
fırçayla çəkilmiş
avtoportret.
Biheviorizm
atamın ölümünə
üzülməsin deyə,
birinci anamı öldürdüm,
sonra atamı.
istəmirdim intiharıma
üzülsünlər.
Transandans
gecə
işığını söndürmək üçün
girmişdim otağa.
yandırdım otağın işığını,
söndürəcəyim yeri
tapım deyə.
Konfrantasiya
pəncərəni bağlayıb
qapını açıb evdən çıxdım.
pəncərəni yoxlamaq,
qapını bağlamaq üçün
geri qayıtdım.
Refleksiya
Yandırdım kibrit qutusunu
son kibrit sönər deyə.