Niyazi Mehdi vəfat etdi

Niyazi Mehdi vəfat etdi

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Bu barədə "Report”a onun oğlu Toğrul Mehdi məlumat verib.

Mərhum Məştağa qəbiristanlığında dəfn olunacaq.

Niyazi Mehdi ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək. Ailə üzvləri bildirib ki, Niyazi Mehdi saat 14:00-da dəfn olunacaq.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib.

Uzun zamandır ki, səhhətində problemlər yaranan professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. O, əməliyyatdan sonra dünyasını dəyişib.