Saray Rəsulova. Ana (Şeir)

Saray Rəsulova. Ana (Şeir)

İstərəm fələyin çarxı dayana,
Saçına bəyazlar qartək yağanda,
İstərəm bu cahan alışıb yana,
Zümrüd gözlərindən yaşlar axanda.

Bir heçdən var edən uca Yaradan,
Bəxş etmiş dünyaya səntək çiçəyi,
Nurlu üzündəki isti gülüşün,
Qibtəyə salıbdır göydə mələyi.

Şəfqətli qolların saranda məni,
Oluram dünyanın ən bəxtəvəri,
Bülbül hey dolanır çölü-çəməni,
Cənnət çiçəyimdən yoxdur xəbəri.

Böyütmüsən bizi min əziyyətlə,
Sənsiz bircə günü neyləsin bu can?
Deyirəm bu sözü ən saf niyyətlə,
Ömrüm sənə fəda olsun, Anacan.