Bakıda tanınmış alman saksofonçusu çıxış etdi

Bakıda tanınmış alman saksofonçusu çıxış etdi

Oktyabrın 16-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"da tanınmış alman saksofonçusu Uve Şteymetsin konserti olub.

Almaniyanın hüdudlarından kənarda da məşhur olan saksofonçu xristian musiqisi elementlərini ehtiva edən avanqard musiqisi sayəsində tanınıb.

Artistin çıxışı tamaşaçıların böyük marağına səbəb olub.