Bu rəsm 61 milyona satıldı - FOTO

Bu rəsm 61 milyona satıldı - FOTO



"Çobanyastığı və lalə vazası" hərraca çıxarılıb

Dünya şöhrətli rəssam Van Qoqun daha bir əsəri rekord qiymətə alıcı tapıb. ANS PRESS-in məlumatına görə, "Çobanyastığı və lalə vazası" ABŞ-da 61,8 milyon dollara alıcı tapıb.

Natürmort ABŞ-da hərraca çıxarılıb.

Hərracadan öncə bu rəssamın adıçəkilən əsəsri 30-50 milyon dollar arası qiymətləndirilirdi.

Van Qoq əsər üzəridə işə 1890-cı ildə başlayıb. Əsər rəssamın faciəli ölümündən bir necə həftə öncə tamamlanıb.
Əsər onu o zaman içərisində olduğu ağır emosional vəziyyəti təzahür edir.

Rəssam o zaman ağır maliyyə problemi ilə üzləşib. Ehtimala görə, əsərini o zaman tibbi xidmət müqabilində verib.

Ədəbiyyat.Biz