Musiqili Teatrda yeni tamaşa səhnəyə qoyulacaq

Musiqili Teatrda yeni tamaşa səhnəyə qoyulacaq

Azərbaycanın görkəmli dramaturqu Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası Musiqili Teatrda tamaşaya qoyulacaq. 

Bu barədə "Report"a xalq artisti İlham Namiq Kamal məlumat verib. Xalq artistinin sözlərinə görə, əsərin musiqisi artıq yazılıb: "Bəstəkar Oqtay Rəcəbov musiqini yazıb, başa çatdırıb. Librettonun müəllifi özüməm, şeirləri isə şair Baba Vəziroğlu yazıb. Bu günlərdə bütün işlər başa çatacaq". Qeyd edək ki, xalq artisti əsərin libretto müəllifi olmaqla yanaşı, "Əliqulu evlənir" komediyasının quruluşçu rejissorudur və baş rol olan Əliqulunu da o, özü ifa edəcək. Tamaşanın 2015-ci ildə nümayiş etdirilməsi nəzərdə tutulub. 

edebiyyat.biz