Orxan Talibzadə – “Şəhid arvadıyam, heç kim bizə bata bilməz ! “

Orxan Talibzadə – “Şəhid arvadıyam, heç kim bizə bata bilməz ! “

Bir dəfə avtobusda gedərkən maraqlı bir dialoqun dinləyicisi oldum. İki qadın telekanallarımızın birində efirdə gedən verlişdən və həmin verlişin növbəti qəhrəmanından ağızdolusu söhbət edirdi :

– Az ,gördün o qadını ? Necə də yaxşı insandır e , neçə ailəyə yardım edir .

–Hə , hə baxdım , çox kövrəldim , o qədər ağlamışam ki. Allah köməyi olsun. Özü də çox çətin həyat yaşayıb e, əri Qarabağda şəhid olub, heç kimə ərə getməyib uşaqlarını tək böyüdüb.

– Hə, mən də ağladım e az. Həqiqətən çox yaxşı insandır ,indi də xeyriyyə məqsədli iş açıb yardımlar edir.

Bu cür hallarla demək olar ki, tez-tez rastlaşıram. Bu xanımlar elə bəlağətli söhbət edirdilər ki, elə bir həmin qadını real həyatda çoxdan tanıyırlar. Medianın təsir qüvvəsi olduqca böyükdür. İnsanların əksəriyyəti eşitdikləri, gördükləri hər xəbərə sanki Allah kitabından gəlmiş bir ayə, surə kimi şəksiz inanırlar.Aldığı informasiyanı analiz etmək, doğru olub-olmadığını araşdırmaq çox az bir qisimin ağlına gəlir nədənsə. Bu yerdə maraqlı bir məsəl yadıma düşdü :

"Bütün şübhələrə qapı bağlasan həqiqət çöldə qalar”

Məhz buna görə də belə bir əlverişli mühit dələduzların işinə çox yarayır. Onlar riyakarlıq və saxtakarlıq edərək asanlıqla cəmiyyətin qəhrəmanına çevrilə bilirlər.

Yalanlarını ustalıqla doğruymuş kimi qələmə verməyə bacaran insanlar olduqca təhlükəli olurlar. Cəmiyyətin əksər nümayəndələri çox zaman rahat bir şəkildə bu riyakar dələduzların toruna düşür. Bəs bu necə baş verir ?

Deyilənə görə şeytan əslində zahiri cəhətdən olduqca gözəl bir varlıqdır.Məntiq ilə düşünsək doğurdan da buynuzlu, quyruqlu və dəhşətli dərəcədə eybəcər varlıqdan kim qorxmaz ki ? Adəm və Həvva da ona görə aldanmışdı. Deməli, saxta qəhrəmanlar, dələduzlar ilk öncə sizlərdə mələk kimi bir insan imici formalaşdırmalıdırlar. Onlar bunu çox incə və ehtiyatla edirlər.Robert Qrin "Yoldançıxarma sənəti” kitabında yazır :

"Bütün həyatımız boyu bizə insanları inandırmaq, başqa sözlə, yoldan çıxarmaq lazım gəlir. Əgər biz kifayət qədər incə hərəkət ediriksə, kimlər isə təsirimiz altına nisbətən tez düşür..

Bəs sonra nə baş verir ? Qurbanının etibarını qazanıb onu öz təsir altına salandan sonra onun ayıq-sayıqlığını mürgüyə verir, təhlükəsizlik hissi yaradır və sonra zərbəni endirir.

Məsələn, mən bir qadın tanıyıram, yoldaşı Qarabağ müharibəsində şəhid olub. Özünün qeyri-hökümət təşkilatı var, sözdə guya şəhid ailələrinə yardımlar edir. Amma həmin qadın və kişi qırığı oğlu neçə insana dələduzluq yolu ilə külli miqdarda maddi və mənəvi ziyanlar vurub, nə Allahdan qorxusu var , nə də ki, yerdəki qanunlardan çəkinir. Araşdırılsa onun təşkilatının çox fırıldaqları üzə çıxar. "mənim adım-sanım var, mən tanınmış adamam, şəhid arvadıyam, əlinizdən gələni beş qaba çəkin, heç kim bizə bata bilməz ! "

 

Türklərin gözəl bir atalar sözü var :

"Çəyirtkə bir sıçrayar, iki sıçrayar , üçüncü də ələ keçər”.

P.S Bu həyatda əsl qəhrəmanlar da var, saxtakar dələduzlar da .Çalışaq hər xəbərə və kəsə inanmayaq, belə olsa çəyirtkə heç bir dəfə də sıçraya bilməz..


Orxan Talibzad
ə