Rasim İlyas. Hörümçək torundan asılmış büllur damcı (Hekayə)

Rasim İlyas. Hörümçək torundan asılmış büllur damcı (Hekayə)

  Bu hekayənin adının məzmununa heç aidiyyatı yoxdur, amma növbəti hekayəmdə bu barədə danışacam. İki qəhrəmanımız var, onları şərti olaraq X və Y adlandıraq. Belə bir mənzərə təsəvvür edin: şəhər kənarında sərt bir yamacda tikilmiş bir neçə mərtəbəli, terrasları nəyəng pilləkənləri xatırladan restoran və otel. Çox uzaqdan baxdıqda sanki dağa dırmaşan enli nəhəng pilləkəni xatırladır,bir sözlə bu binanın nece göründüyünü təsəvvür etmək istəyirsinizsə Tarantinonun çox məhşur filminin son kadrlarını yada salın. Təsvvür etdiniz?  Birinci mərtəbə parking kimi istifadə olunur, buraya maşınla daxil olub ikinci mərtəbəyə, foye və restorana, oradan isə yuxarı vərtəbələrə, otelə qalxmaq olur. X buraya tez-tez gəlir, həm restoranda nahar edir, hərdən üçüncü mərtəbədəki baseynde dincəlir. Bu gün də adi günlərdən biri idi, X  maşınını park edib ikinci vərtəbəyə qalxaraq pəncərənin önündəki həmişəki yerinde əyləşmək istədi, lakin zalda ümumiyyətlə stolların olmadığını gördü,”yəqin sanitar günüdür” düşünüb barın qarşısındakı hündür stullarin birində əyləşdi. Burada onu tanıyan heç kim olmur deyə özünü rahat hiss edər, hətta gəldiyi yolla deyil cənub istiqamətdə , bir az uzun və nahamar yolla buradan ayrılardı. Bu gün isə heç də hər şey həmişəki kimi olmadı. Elə hava da buludlu və qəribə görünürdü, binanın rengi də dəyişmiş, boz və mistik görünürdü. 

  O qəhvə sifariş etdi, elə indilərdə Y də gəlməli idi, həmişəkindən fərqli olaraq o həyəcanlı deyildi. Sanki bütun problem və qaygılar yox olmuş, hətta ürəyinin aritmik döyüntüsü belə narahat etmirdi, əvvəlki gorüşlərdə oldugu kimi tez-tez giriş qapısına boylanmir, hər dəqiqədən bir "hardasan?” mesajını yazmirdi. Y  sərbəst addımlarla tamamilə lüt yaxınlaşıb onun yaninda əyləşdi, tekila və limon sifariş etdi,onlar heç salamlaşmadılar hətta. Burda əslində heç də hər şeyin həmişəki kimi olmamasına baxmayaraq X çox sakit idi. O,  Y- nin lüt olmasıni təkcə onun gordüyünü barmenin baxışlarından hiss etdi, ətrafa nəzər saldı, heç kim ona baxmırdı, və daha da sakitləşdi. O, Y-dən nəyə görə lüt oldugunu soruşmaq istəsə də bunu vacib olmadığıni düşünərək fikrindən daşındı. Onlar bir neçə dəqiqə danışmadılar. X qəvəsini bir neçə qurtum içib siqaretini yandırır, Y-nin gözəl bədənini seyr edir, beynindəki fantaziyalar bədənini hərəkətə gətirirdi, Y isə artiq ikinci tekilanı sifariş erirdi. 

  Bir azdan restoranın kiçik dar həyətindən siqnal səsləri, ucadan danışıq,  kobud vulqar qəhqəhələr və iri maşın motorlarının gurultusu eşidildi. O indiyə qədər burada belə bir şeyin şahidi olmamışdı, durub pəncərədən çölə baxmaq, nəyin baş verdiyini bilmək istəsə də, hündür bar stulundan enmək ona çox əziyyətli bir iş kimi goründü. "Vacib deyil!, nə olursa olsun biləcəyəm, yada bilməyəcəyəm, ümumiyətlə bundan mənə nə”- fikirləşsədə, baş verənlərin onun bu axşamını korlayacağı fikri azacıq narahat edirdi və ürəyi bir döyüntunu buraxaraq ikincisine atlandı, sinesi ani çarpındı, Y-yə baxdı, o artıq lüt deyildi, əynində açıq bənövşəyi qısa gecə köynəyi vardı, onun ağ sinəsi və ayaqları indi daha cəlbedici idi, və X yenə ətrafa və uzun saçlarını arxadan bağlamiş qolları kimyəvi formullalarla tatu edilmiş barmenə baxdı. Barmen bir anlıga X-in gözlərinin içinə baxdı, lakin heç bir işarə etmədi, sifətində heç nə dəyişmədi, sakitcə bardan çıxdı, əlindəki gödək xəz palto ilə Y-nin çiyinlərini örtdü. X buna görə oğlana təşəkkür etmək istədi, lakin o cəld hərəkətlə iş yerinə keçdi. X-nin ürəyi üç dörd döyüntüdən birini artıq ixtisar edirdi, bu isə onun ücün neyinsə düz olmadığına, nəyinsə baş verəcəyinə işarə idi. Buna görə də Y-ni də götürüb burdan getmək istədi. Hər dəfə ətrafa baxdıqda restoranin interyeri bayağılaşır, işıqlar gürlaşır, zalda üzərində ag qırçınlı örtüklər olan stol və və ətrafında çox saysda stullar peyda olur, tavanda və divarlarda qızılı parlaq bəzəklər görünürdü.  Saniyələr keçdikcə X-nin narahatlığı artır və nədənsə Y-nin görünən ayaqlarına və sinəsinə görə utanir, lakin onun xətrinə dəyəcək deyə ona irad etmek istemirdi. Həm də Y-nin davranışından bəlli olurdu ki, bütün bu baş verənləri o heç görmür, sakitcə tekilasını içib, siqaretini çəkir. 

 Daha sonra X,  bu peyda olmuş stolların birində əyləşib diqqətlə ona baxan qonşu qadını gordükdə təəcübləndi və sanki qorxdu, qadın başı ilə ona salam verdi, kinayəli gülümsədi, X eyni tərzdə başı ilə cavab verib dərhal da baxışlarını kənara çəkdi, yenidən Y-yə baxdı, onun görünən baldırları sifətini qızartdı, ayaqlarını örtmək istəsə də bunun dəhşətli bir səhv ola biləcəyindən qorxdu, axı özünə söz vermişdi. Daha maraqlısı isə bir neçə saniyədən sonra baş verdi:  çox kök, enlisifət, agbəniz bir qadın düz onun üzərinə gələrək onun boynunu qucaqlayıb üzündən uzun uzadı öpərək - Bibin sənə qurban necesen?!- deyərək qəh-qəhə çəkdi.

- Sağol bibi yaxşıyam... – Y səsi titrəyərək cavab verdi.

- Biz hamımız burdayıq.....- bibi yenidən bərkdən güldü, və bir anda da yoxa çıxdı.

 Onun narahatlığı saniyəbəsaniyə artırdı, buradan tez getmək istəyirdi, lakin Y-yə bunu necə deyəcəyinə cəsarət etmirdi, nədənsə qorxduğunu biruzə vermək istəmirdi.

  "Bəlkə bir möcücə baş versin!?” - Y düşündü – "Hə, möcüzə baş versin! Burdar hansısa bir yolla getbək lazımdır”. Bunu düşünürkən barmen sağ əlini göyə qaldırıb çırtıq çaldı, bar stulları horizaontal eskolator kimi hərəkətə gələrək zal uzunu bir qədər bardan aralandı, X sevindi, lakin bir neçə metrdən sonra onların oturduğu hündür bar stulları "eskolatorun” içinə girərək alçaldılar, və adi stul hündürlüyündə oldular,  "eskolator” yavaşladı,sanki batareyası bitdi, və bər bəzəkli ağ süfrəli, üzərində yeməklər, hündür vazalarda güllər , içkilər olan ( bütün bunlar o qədər çox idi ki, hətta stolun qarşı tərəfidə kiminsə əyləşdiyini belə görmək mümkün düyildi) stolun qarşısında dayandı. X hiss etdi ki qarşısında kimsə əyləşib, lakin o arada bir onun sifətinin hissələrini güllərin arasından gürürdü.

- Sən məni tanımadın?- güllərin arxasından kişi səsi gəldi.
- Sis kimsiniz ki? Mən sizi görmürəm...
- Biz mektebdə bir siniflərdə oxumuşuq...
- Ola bilər- X ciddi cavab verdi- yeqin arxa partada oturmusuz həmişə... 
- Ne olsun ki arxada oturmuşam, mən indi rayonumuzun baş həkimiyəm- deyərək əcaib bir səslə bərkdən gülməyə başladı, və gelə gülə afisianta dedi - Ay qaqaş!, gəl bu lazımsız şeyləri stolun üstündən götür!! 
  X onu indi aydın görsədə heç xatırlamadı, o isə gözüylə Y-yə işərə edərək daha da bərkdən güldü, gülüşü iyrənc bir gəyirməklə sonlandı. X bir anlıga stolun üstündəki kül qabını götürüb onun başına vurmaq istədi, və fikrində onun gicgahından necə qan fısqırdığını təsəvvür etdi.                         "Hələ ki bu eşşəyi öldürməmişəm burdan getmək lazımdır. Axı bu stullar necəsə hərəkət etməlidir?, bunun bir düyməsi olmalıdır – düşünərək ilk olaraq süfrəni qaldırıb döşəməyə baxdı, həqiqətən də düz onun ayağının az qala altında, qapi zənginə bənzər, lakin düyməsinin yerinə bükülmüş qəzet parçası tıxanmış nəsə var idi, o dərhal qəzeti ayağı ilə basıb əzdi və stullar yenə hərəkətə gəldilər, və bir neçə saniyədən  sonra tədricən qaranlıqlaşan zalın uzaq bir küncündə dayandı. Bayaqdan Y ilə heç danışmayan, ve ona heç toxunmyan X, cəld stuldan qalxaraq onun əlindən bərk yapışıb "EXİT” yazılmış qapıya sarı çəkdi.
- Dərhal gedək burdan – dedi.
                                                   
 Onlar həyətə çıxdıqda həmişə burdan getdiyi yeganə yolun tamamən uçaraq dağıldığını gördü, dönüb cənuba, resrorana gəldiyi yola baxdı, dumanda maşınların işıqları görünür, qarıçıq səs küy və monoton musiqi səsi gəlirdi. 
- Biz ordan gedə bilmərik orda adamlar var. Maşın parkingdə qaldı,heç yol da yoxdur...
- Bəs nə edəcəyik- Y nəhayət danışdı.
  X ona cavab vermədən  qərbdə, vadidəki  fiorda bənzəyən dərələri doldurmuş, gecənin qaranlığında işıq sacan,  sanki coğrafi xəritədə hündürlük xəttini cızan  dumanı seyr edərək gülümsədi, Y-yə  sarı dönərək əlini dumandan boylanan, dənizdə adanı xatırladan mavi küknar agaclarına uzadaraq dedi:
- O ağacları görürsən?, onlar kiçik bir çayın sahilindədir, böyük çaylaq daşlarla əhatə olunmuş qumsal bir çimərlik də var. Ora gedəcəyik...
- Bəs necə?- Y üşüyərək titrədi, X-ni gucaqlayaraq  "biz bu qayalıqdan necə düşəcəyik?” dedi.
- Uçacayıq – X əminliklə dedi, və sakit səslə əlavə etdi- burdan oraya təxminən 3 kilometrdir düz xətlə, çay da bizdən təxminən 300 metr aşagıdadır, odur ki problem yoxdur, hətta gücümüz tükənsə belə rahat enəcəyik. Bir də ki bu gün möcüzələr günüdür
- Sən heç uçmusan? -Y soruşdu.
- Yox, amma bu çox asandır, sadəcə dərindən nəfəs almaq və ayaqları yerdən üzmək lazımdır- Y unun əlindən bərk yapışaraq "getdik” dedi.
 Heç dəqiqə belə keçmədi ki onlar rahatlıqla küknar ağaclarının arasındakı qumsal sahilə endilər. Qum soyuq və nəm idi. X dərhal bir neşə çay daşını bir yerə topladı, əlləri ilə çayin sahilində gil gətirib,  kiçik bir soba hördü, quru ağac budaqlarını toplayıb onu qaladı. Sobanın işığı ətrafı işıqlandırdı, istisi isə bütün sahilin qumunu qurutdu. Y yalın ayaqlarını isti quma basdırıb başını X in çiyninə dayadı.
- Hər şey yaxşıdır- dedi - amma bir məsələ var: biz sabah nə yeyəcəyik?
 X     onun xəz paltosuna sancılmış  iri sancağı çıxardı, daha sonra onun ipək gecə köynəyinin yaxasından ipi dartaraq sökdü, onun gözəl sinəsi bir az da açıldı. X sancaqla ipi ona göstərib razı halda dedi:
- Baliq tutacayıq.

Epiloq 

Haradansa telefon səsi gəldi. X səs gələn tərəfə baxdı, bir az aralıda qumun üzərində telefon ekranın işıgı görünürdü. O telefona sarı gedib  onu əlinə götürdü, ekranda sms görünürdü: " Mən green cards udmuşam”. X bir necə saniyə fikrə getdi, dönüb Y-yə baxdı, Y də ona baxaraq gülümsədi. X, "Sənə uğurlar,mən qalıram” cavabını yazıb telefonu çaya tulladı, Y-nin yanına gəlib qumun üzərində əyləşdi.
- Kim idi?..
- Heç, səhv düşüb.

Son