Avropanın ən yaxşı filmi seçildi - VİDEO

Avropanın ən yaxşı filmi seçildi - VİDEO

Polyak rejissoru Pawel Pawlikowski-nin "İda" dramı Avropa Film Mükafatına layiq görüldü. 

Avropa Kino Akademiyasının təsis etdiyi və "Avropa Oskar"ı da adlandırılan mükafat sahibinə Riqadakı mərasimdə təqdim edilib.

"İda" həm də "Ən yaxşı rejissor", "Ən yaxşı operator işi", "Ən yaxşı ssenari" nominasiyalarında qalib gəlib. Bundan başqa akademiyanın "Xalqın səsi" xüsusi mükafatını da qazanıb.

Film 60-cı illərdə Anna adlı gənc rahibənin öz əsl adının İda Lebenşteyn olduğunu öyrənməsi və müharibədə öldürülmüş yəhudi valideynlərinin qəbrini axtarmağa başlaması haqdadır.

Avropa Film Mükafatına türk rejissori Nuri Bilge Ceylanın "Qış yuxusu", Lars von Trier-in "Nimfoman qız", rus rejissoru Andrei Zvyagintsev-in "Leviafan" filmləri də iddia edirdi.

"İda" "Qış yuxusu"nun Amerika Kino Akademiyasının mükafatı olan "Oscar"da da rəqibi olacaq.

Oxu Zalı