Azərbaycanlı aktyorun oynadığı film Kann festivalında

Azərbaycanlı aktyorun oynadığı film Kann festivalında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfərovun rol aldığı "Torn” qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın "Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.
 
İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın - ata və oğulun həyatından bir epizod təqdim olunur.
 
Film Azərbaycanın "Fil Production” və Almaniyanın "Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.
 
Teatrdan bildiriblər ki, mayın 14-dən 25-dək davam edəcək festivalda iştirak etmək üçün teatrın aktyoru R.Cəfərov Fransaya səfər edəcək.
 
Qeyd edək ki, "Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır.