Azərbaycanlı rəssam “Min ilin adamı” seçildi

Azərbaycanlı rəssam “Min ilin adamı” seçildi

Moskvada Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədova dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” medalı təqdim olunub.

Medalın təqdimetmə mərasimi Moskvadakı P. Çaykovski adına konsert salonunda baş tutub. Mərasimdə Rusiya Federasiyası Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nın İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasının da təqdimat mərasimi keçirilib.

Azərbaycanlı rəssamın bioqrafiyası “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib.

Qeyd edək ki, “Min ilin adamı” medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.

APA

Həmçinin bax:

Dünya şöhrətli rəssamın heç yerdə sərgilənməyən əsərləri – FOTOLAR