Azərbaycanlı yazarlar beynəlxalq konfransda

Azərbaycanlı yazarlar beynəlxalq konfransda

Azərbaycanın gənc şairi Qismət və nasir Pərvin Nurəliyeva Moskvada, “Peredelkino” yaradıcılıq evində keçirilən gənc yazarların birinci beynəlxalq konfransda iştirak ediblər. Şair Qismət bildirib ki, oktyabrın 13-17-də keçirilən tədbirə 100-dən çox yazar qatılıb.

Qismət deyib: "Tədbirin bütün maddi xərcləri təşkilat komitəsi tərəfindən ödənilmişdi. Toplantının ilk günündə biz seksiyalara bölündük. Burda ənənəvi qayda üzrə şeir, nəsr və tənqid-ədəbiyyatşünaslıq seksiyaları var idi. Əlavə olaraq bizim kimi rusca yazmayan, amma əsərləri ruscaya sətri tərcümə edilmiş yazarların əsərlərinin müzakirə edildiyi tərcümə seksiyası da yaradılmışdı. Tərcümə seksiyasında ilk seminar bizim əsərlərimizin müzakirəsi ilə başlandı və böyük rəğbətlə qarşılandı".

APA