Bu ilin ən maraqla gözlənilən filmləri - SİYAHI

Bu ilin ən maraqla gözlənilən filmləri - SİYAHI

Fevralın 5-də açılan Berlin Film Festivalında yarışacaq 19 filmdən biri də İranlı dissident rejissor Jafar Panahi-nin "Taksi"sidir. 

İrana qarşı təbliğat aparmaqda təqsirli bilinən və 20 il film çəkməsinə qadağa qoyulan Panahi geri çəkilmək fikrində deyil.

Onun qadağaya baxmayaraq çəkdiyi "Taksi" filmi taksi kabinəsindən İranda baş verənlərə baxışdır. 

Baş rolu - taksi sürücüsünü rejissor özü oynayır. Sərnişinlər isə taksiyə minib düşən "tanınmış adamlardır". 

1960-cı il doğumlu Pamahi İran kinosunun nəhəngi Abbas Kiarostaminin köməkçisi olub.

Müstəqil rejissor kimi çəkdiyi filmlərdən "Ağ şar" Kann Festivalının, "Güzgü" Lokarno Festivalının, "Dairə" Venesiya Festivalının mükafatlarını qazanıb.

"Taksi" Berlinaleyə qəbul ediləndən az sonra rejissor bəyanat verərək "küncə sıxışdırılmasına baxmayaraq" heç kimin onu istədiyi kimi film çəkmək işindən döndərə bilməyəcəyini bildirib. 

Panahinin filmlərində əsasən İrandakı sosial problemlərə işıq tutulur. 

Berlin Festivalında yarışacaq başqa filmlərdən:

​Werner Herzog. "Səhraların kraliçası"

Film Britaniya casusu olmuş yazıçı Gertrude Bell-in (Nicole Kidman ifa edir) həyat hekayətidir.

Diplomat, daha sonra isə qumarbazla uğursuz eşq yaşayan Bell nəhayət şəxsi həyatı üzərindən qara xətt çəkir və səyyah kimi səhraları dolaşmağa qərar verir...

Wim Wenders. "Hər şey yaxşı olacaq"

Yazıçı Tomas (James Franco ifa edir) təsadüfən adam öldürür. O ömrünün 12 ilini bu faciənin onun və yaxınını itirmiş Kate-in taleyinə necə təsir etdiyini araşdırır...

Terrence Malick. "Knight of Cups"

Hollivudda qazanılan şöhrətin sənətçinin həyatına mənfi təsirlərindən bəhs edən filmdə Cate Blanchett, Natalie Portman və Christian Bale kimi məşhur aktyorlar çəkilib. 


Sam Taylor-Johnson. "Bozun əlli çaları"

EL James-in bestseller olan eyniadlı erotik romanı əsasında çəkilən filmdə milyonçu Christian Grey-lə kollec məzunu Anatasia Steele arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks hərisidir, qızsa bunu müticəsinə qəbul edir.

Oxu Zalı