Dursun Rzabəyli.

Dursun Rzabəyli. "Bəyaz gecələr" haqqında

 

"Bəyaz gecələr" haqqında

Dostoyevskinin "Bəyaz gecələr”ini bir xəyalpərəstin dramı da adlandırmaq olar. Əsər xəyalpərəsitin düşüncələri üzərində qurulub. Qəhrəman həyatda xoşbəxt sayılmasa da xəyallarında fərqli dünyası var. Dostu, doğması yoxdur, ətrafda gördüyü insanları özünə yaxın bilir. Məsələn, hər gün onunla rastlaşan qocanı görməyəndə narahat olur. Hər gün keçdiyi küçədə onu "salamlayan”, "dərdini bölüşən” evlər dədostudur.

Sadə, geniş qəlbli, tənhalığını Peterburuqun küçələri və qaranlıq otağı ilə bölüşən bu adam bəyaz gecələrin birində Nastya adlı qızla tanış olur. Səxavətli Nastya xəyalpərəstin halına acıyaraq onunla dost olur. Nastya dostluğa başlayarkən, xəyalpərəstdən onu sevməməyi xahiş edir və başqa şəhərə gedən sevgilisinin bir gün qayıdacağına ümid edir.Xəyalpərəst Nastenkanı sevsə də bunu gizlədir, qıza təsəlli verir, hətta ona sevgilisini axtarmaqda kömək edir. Nəhayət qız gözlədiyi insanın gələcəyinə dair bütün ümüdlərini itirir. Bu zaman qəhrəman qıza sevgisini etiraf edir, onunla evlənmək istədiyini söyləyir. Nastenka da buna sevinir. Xəyalpərəst daim tək qurduğu xəyalları indisevgilisi ilə qurur. Lakin xəyalpərəstin qarşılıqlı sevgisi bir neçə saat davam edir, o, özünü xoşbəxt hiss etdiyi zaman Nastenkanın həsrətlə gözlədiyi sevgilisi qayıdır. Nastya zavallı xəyalprəstin əllərini buraxaraq öz sevgilisinin yanına gedir. Onu yenidən öz xəyalları ilə tənha buraxır. Kimsəsiz xəyalpərəstin sonrakı həyatı rəngsiz və işıqsız görünür. O özünü ruhən çox qoca və taqətsiz hiss edir. Əsər Nastyanın üzürxahlıq etməsi və öz sevgilisi ilə xoşbəxt olduğunu yazması ilə bitir.

"Bəyaz gecə”lərin qəhrəmanı adsızdır. Onun ən gözəgəlimli cəhəti xəyallarla təsəlli, rahatlıq tapmasıdır. Dostoyevskinin "xəyalpərəst” deyə nişan verdiyi qəhrəmanın sonda xəyalları belə alt üst olur. Ancaq onun həyatında ən parlaq real hadisə elə xəyallar dünyasını darmadağın edən Nastyadır.