İlkin Tomar - Milli Manatım

İlkin Tomar - Milli Manatım

Sən bizə lap doğma idin,
İldən-ilə çox dəyişdin.
Üzümüzə kədər əkdin,
Sındı qolum-qanadım.
Gör bizi nə günə saldın?!
Mənim milli manatım,
İndi səni kimə satım?!

Bir gecəyə düşdün gözdən,
Bil, yar olmaz sənə bizdən.
Bu qardan, bu küləkdən,
Kim yayınar bu fürsətdən?
Vurdun bizi lap kürəkdən.
Mənim milli manatım,
İndi səni kimə satım?!

Biz dollara uzaq idik,
Sənə sadiq bir xalq idik,
Hamılıqla bankda idik.
Səni satdıq beş qəpiyə.
Niyə düşdün, söylə niyə?!
Mənim milli manatım,
İndi səni kimə satım?!




İlkin Tomar