İslam dünyasında “Nuh” qadağası – VİDEO

İslam dünyasında “Nuh” qadağası – VİDEO

Rejissor Darren Aranofskinin ("Qara sona”, "Restler”, "Fəvvarə”) çəkdiyi və baş rolda Rassel Krounun oynadığı "Nuh” filmi Malayziyada da yasaqlandı. Səbəb filmdə "peyğəmbərin sifətinin göstərilməsi”dir. 

Buna qədər isə Bəhreyn, BƏƏ, Qatar filmin göstərilməsini qadağan etmişdilər. Misirin "Əl-Əhzər” universiteti filmin haram sayılması ilə bağlı xüsusi fətva da çıxarıb. 

"Nuh” – son 60 ildə Bibliya motivləri əsasında çəkilən ilk Hollivid filmidir. 

Qeyd edək ki, 125 milyon dollar büdcəsi olan film artıq dünyada 180 milyon dollar toplayıb. Rassel Kroudan əlavə, filmdə Entoni Hopkins, Cennifer Konelli, Loqan Lerman, Emma Uotson, Duqlas But oynayıblar.

Kino tənqidçiləri filmin haqqında çox yüksək fikirdədirlər. 

AzVision.az