Kamal Abdulladan yeni kitab: «Sirri-Zəmanə» - FOTO

Kamal Abdulladan yeni kitab: «Sirri-Zəmanə» - FOTO

Bu günlərdə Yazıçı Kamal Abdullanın «Sirri-zəmanə» adlı hekayələr kitabı nəşr olunub. Kitabda yazıçı Kamal Abdullanın müxtəlif illərdə qələmə aldığı hekayələr toplanıb.

Qəhrəmanların subyektiv həyat təcrübəsi və obyektiv gerçəklik, hadisələr və onların təbiəti haqqında tarixən formalaşmış mühafizəkar- ənənəvi təsəvvürlərin gözlənilməz rakurslardan yozumu, mifloloji və arxetipik motivlərin də yer aldığı mistifikasiyalar, xəyali və yaxud paralel dünya təsiri bağışlayan, fizika qanunlarının belə tamam fərqli məntiqlə işlədiyi zaman və məkan labirintləri – bütün bunlar, üstəgəl müəllifin bənzərsiz üslubu və təhkiyəsi bu hekayələrin kaloritini təşkil edir.

Hekayələr altı müxtəlif silsilədə təqdim olunur. Nəfis tərtibatla «Mütərcim» nəşriyyatında çap olunan kitabın arxa üzündə müxtəlif hekayələrdən çıxarışlar və Kamal Abdullanın yaradıcılığı haqqında Salam Sarvanla Etimad Başkeçidin sözləri verilmişdir. Kitabın redaktorları Əliş Mirzallı və Şəlalə İsmayılzadədir.

Kult.Az