Məlik Cahan - Səndən sonra

Məlik Cahan - Səndən sonra


Sevgilim çıxıb getdin,
Sonrasın düşünmədən.
İlk dəfə pislik etdin,
Bəlkə də heç bilmədən.

Bəlkə də pislik deyil,
Yaxşılıqdır etdiyin.
İndi düşünürəm ki,
Yaxşı oldu getdiyin.

Səndən öncə heç kəsi,
Sevməmişdim bu qədər.
Mənimçün dəyərlisən,
Hava qədər,su qədər.

Səndən sonra ömrümün,
Baharı da qış oldu.
Bir gün xoş gün görmədim,
Kədər mənə tuş oldu.

Niyə gəldin ömrümə,
Bir gün gedəcəkdinsə?
Məni azca sevgiyə,
Möhtac edəcəkdinsə.

Bir mənası qalmadı,
Səndən sonra heç nəyin.
Öz-özümə yad oldum,
Bu idimi istəyin?

Lənət olsun bu eşqə,
Çox sevirəm yenə mən.
Səndən sonra hamını
Bənzədirəm sənə mən.

Səndən sonra özümə,
Gələ bilməmişəm mən.
Amma narahat olma,
Hələ ölməmişəm mən.

Ölümdən də betərdir,
Etdiyin bu son səfər.
Sən getdin,səndən sonra,
Şair oldu bir nəfər.


Məlik Cahan...