Merlin Kukla Teatrı Bakıya gəlir
TEATR
- 18.10.2018
- 0 Şərh
- 1098 Baxış
Merlin Kukla Teatrının yaradıcı heyəti noyabrın 9-da Azərbaycan Dövlət Kukla Teatrında "Heç kimin torpağı" adlı kukla tamaşası ilə çıxış edəcək.
"M.A.P Festival Baku” çərçivəsində nümayiş olunacaq tamaşanın rejissor Dimitris Stamudur.
Qeyd edək ki, Merlin Kukla Teatrının əsası Afinada 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.