Məşhur müğənni kosmosda konsert verəcək

Məşhur müğənni kosmosda konsert verəcək

Amerikalı pop ulduz Ledi Qaqa kosmosda konsert verən ilk müğənni olacaq. 2015-ci ildə o, "Virgin Galactic" kosmik gəmisi ilə kosmosa uçacaq və orada mahnı oxuyacaq. Müğənninin kosmosda oxuduğu mahnı Nyu-Meksika ştatındakı kosmodromda "Zero G Colony" festivalında yayımlanacaq.

Kult.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, müğənni "Twitter"dəki rəsmi hesabında yeni albomunun çıxacağı 10 noyabr tarixində kosmosdakı çıxışı ilə bağlı ətraflı məlumat verəcəyinə söz verib.

Pop ulduz kosmosdakı konsertindən əvvəl gərgin məşqlərdə iştirak edəcək.