Orxan EYP-in yeni internet televiziyası

Orxan EYP-in yeni internet televiziyası

"Biz küçənin səsi olmağa iddialıyıq"

Gənc yazar, fotoqraf Orxan EYP yeni internet televiziya yaradıb.

Bu barədə Kultaz.Com-a Orxan Eypin özü məlumat verib. "Biz yorulmuşuq – bayağı yemək verilişlərindən, əyalət təfəkküründən, konveyer üsulu ilə hər cür müğənni buraxan yarışmalardan, çürümüş dəyərlərdən, toyxana müğənnilərindən, əxlaqsızların bizə həyat dərsi keçməyindən. Biz əylənmək və əylənmək istəyirik. Çünki həyat qalın kitabların və gözüyaşlı qocaların anlatdığı qədər də kədərli bir şey deyil. Bu qərar gəlmişik ki, yeni Alternativ TV yaradaq"- deyə o, bildirir.

Alternativ TV-də hələlik "küçə söhbəti" talk-şousu çəkilir. Çəkilən video isə Youtube-də yayımlanır.  Televiziyanın növbəti çəkilişi bu həftənin bazar günü saat 12:00-da Norveç İnsan Hüquqları Evində keçiriləcək: “İştirak etmək istəyən hər kəsi dəvət edirik. Bu həftə yenə mükəmməl qonaqlarımız olacaq: Müasir Azərbaycan ədəbiyyatının patriarxı, böyük ustası Rafiq Tağı və Azərbaycan rokunun özünəməxsus qruplarından “EmPathy”, rəssam Əli Davud, həkim Dilqəm Şabanov və başqaları.
Həmçinin, Ülvi Dann metafizik “Ay ana, deyəsən, qarşımdan qara pişik keçdi” bölməsi ilə, Azərbaycan TV-lərində nümayiş olunna tragikomik hadisələrin şərhi, həyatın bütün sahələrinə aid ən mükəmməl söhbətlərlə auditoriyanın görüşünə gələcəyik. Biz küçənin səsi olmağa iddialıyıq.

Ünvan: Norveç İnsan Hüquqları Evi. Bakı ş. Cəfər Cabbarlı küç 30 (Nizami metrosundan Caspian Plasa`ya qalxan yolda)

Atlernativ TV-nin ilk çəkilişi: http://www.youtube.com/watch?v=YCStAe56ykU&feature=player_embedded

Kultaz.Com