"Oskar"sız qalan Stalloneyə məşhur həmkarından dəstək


"Sən mənim üçün hamıdan yaxşısan; onların nə düşündükləri vacib deyil".
Edebiyyat.biz-in verdiyi xəbərə görə, Şvartsenegger öz "tvitter" hesabında Stalloneyə müraciətlə belə yazıb. 

Qeyd edək ki, Stallone "ikinci planda ən yaxşı aktyor" nominasiyasında ("Krid: Rokki irsi") mübarizə aparırdı. Amma qələbəni Mark Raylens ("Casus körpüsü") qazandı.

Xəbər verdiyimiz kimi, Hollivudda "Oskar” Kinematoqrafiya sənəti və elmi Akademiyasının mükafatının təqdimetmə mərasimi keçirilib.

Aynur

Edebiyyat.biz