Telekanalların hər birinə 300 min manat ayrıldı

Telekanalların hər birinə 300 min manat ayrıldı

Milli Televiziya və Radio Şurası ümumrespublika teleradio yayımçılarının hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edib.

Şuradan verilən məlumata görə, bu vəsait teleradio yayımçılarına milli telefilmlərin, teleserialların çəkilişi ilə əlaqədar verilib.

Bununla yanaşı, MTRŞ "Azad Azərbaycan" Teleradio Şirkətinin televiziya və əlavə informasiya yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb və bu məqsədlə 5 milyon manat ayırmışdı.