Yeni antologiya - “Seçmə sevgi şeirləri”

Yeni antologiya - “Seçmə sevgi şeirləri”

Kitab Klubunun "Hədiyyə kitablar silsiləsindən” yeni, "Seçmə sevgi şeirləri” poeziya antologiyası nəşr edilib.

Kitab Klubundan AZƏRTAC-a bildirilib ki, poeziya antologiyasının tərtibçisi Sevinc Rzayeva, redaktoru Cavidan Baloğlanov, naşiri Elçin Hüseynovdur.

Yaxın günlərdə təqdimatı keçiriləcək poeziya antologiyasında müasir şairlərin sevgi şeirləri yer alıb.