Ziya Balıyev - Ata,Oğul və Müqəddəs ruh naminə! Amin!

Ziya Balıyev - Ata,Oğul və Müqəddəs ruh naminə! Amin!

Ata,Oğul və Müqəddəs ruh naminə! Amin! Xristianlığa qarşı ən çox istifadə olunan iddia Teslis məsələsidir. Əks arqumentlərdə hər zaman bu məsələ tənqid olunur. Ancaq insanlar anlamırlar ki, bütün dinlərdə olduğu kimi Xristianlıqda da simvollar var. Məsələn bir müsəlmana Qurandakı "Bütün kainat Allahın sağ ovucunda olacaq" ayəsini göstərərək desən ki, "Allahın əli olmaz" o deyəcək "Bu güc qüdrəti bildirir". Amma mövzu Xristianlığa gəldikdə belə şeylər unudulur. Teslisdə 3 şeydən bəhs olunur. Ata, Oğul və Müqəddəs ruh. Bunlar 3 ayrı şey demək deyil, 3ü də eyni şeyi, tək tanrını bildirir. Ata-Allahdır, Oğul isə İsa. Ortada açar olan Müqəddəs ruhdur. Müqəddəs ruh nədir bəs? Müxtəlif fərziyələr olsa da, bunun cavabını tapmaq üçün Tövrat-Yaradılış 1:2ə baxmaq lazımdır. Burda deyilir: "Tanrının ruhu suların üzərində dalğalanırdı". Bu ruh dünyanı yaratmaq üçün dalğalanırdı. Bəs burda sözü gedən ruh nədir? Buna ən yaxın iddia "İdea"dır. Yəni tanrının ideası, düşüncəsi, etmək istədiyi sular üzərində dalğalanırdı. Bu simvolik yanaşmadır. Bunu dedikdən sonra yaradılışın həyata keçməsindən bəhs edilir. Deməli tanrının dünya və insan haqqındakı bütün düşüncələri, ideaları ruhdur. İnancda müqəddəs ruhun İsanın bədəninə keçdiyi deyilir. Bu nə deməkdir? Bu o deməkdir ki, İsaya artıq ana bətnində hər şey yüklənmişdi. Digərləri kimi ona Allahın sözləri hansısa mələklə vəhy olaraq gətirilmir, o doğuluşdan hər şeyi bilirdi artıq. Ata və oğul məsələsinə gəldikdə isə, burda ciddi bir problem yoxdur. İncildə bütün insanlara tanrının oğlu deyilir. Sadəcə İsa sevimli oğludur, ona görə ki, o, atasız dünyaya gəlmişdi və o yeganə insan idi ki, ona hər şey ana bətnindən aydın olmuşdu. Ata, Oğul və Müəqddəs ruh anlayışı 3 tanrı demək deyil. Belə bir şey düşünək. Mən öz səsimi yazıb bir flashcard`a yüləyib sizə göndərirəm. Ortada 3 şey var: Mən, Mənim səsim və Flashcard. Bu o deməkdir ki, 3 dənə mən varam? Yox əlbəttə. Var olan bir tək mənəm sadəcə mənim səsimin sənə çatması üçün 3 şey lazımdır.


Ziya Balıyev