Ziya Balıyev - İnsanlığın gördüyü ən böyük dəhşət: Vəba

Ziya Balıyev - İnsanlığın gördüyü ən böyük dəhşət: Vəba

Vəba ilk dəfə Monqolustan ərazisində 14cü əsrin əvvəllərində formalaşır və Avropaya Canı bəy sayəsində yayılır. Monqol xanı Canı bəy Qaradəniz sahilindəki Feodosya şəhərinə hücuma keçərkən ordusundakı əsgərlərin böyük bir hissəsini Vəba üzündən itirir. Xəstəliyin surətlə yayıldığını görən Canı bəyin ağlına maraqlı bir fikir gəlir; Şəhərə daş əvəzinə meyit atacaqdı. Yüzlərlə meyit daş atma silahlarından şəhərə atılır. Bu tarixdəki ilk ciddi bioloji müharibədir. Nə olduğunu anlamayan Feodosya əhalisi tezliklə Vəbaya tutulurlar. Çox adam bu şəhərdən qaçaraq Avropaya üz tutur, əlbəttə tək deyil, Vəbayla bir yerdə. Vəba dünyada əhalinin ən sıx yerləşdiyi qitəyə doğru gedir. Vəbanın Avropaya girişindən 6 ay sonra minlərlə insan tələf olur. Avropa əsil müharibə içinə girir, ölümlə müharibə. Çoxları xəstəliyin havadan keçdiyini düşünərək evə qapanır, amma xəstəliyin daşıyıcı tam başqa bir şey idi. Xəstəliyin daşıyıcıları birələrdir. Qan sovurduğu zaman bu birələr qusur və Vəba bakteriyalarını qana yayırlar. Bu birələrin daşıyıcıları isə siçovullardır. Siçovullar isə o dövrdə çox adi qarşılanırdı. Avropaya gəldikdən bir müddət sonra isə Vəba yeni çoxalma yolu formalaşdırır ki, bu da nəfəslədir. Artıq Vəba yoluxdurucu tək birələr deyil, həm də hava olur. Təkcə İtaliyanın Siena şəhərində 31 min insan həlak olur ki, bu da şəhərin 3də 2si demək idi. Surətlə hər yerə yayılırdı Vəba. İnsanlar artıq dünyanın sonu olduğunu düşünürdülər. Tanrı insanlara qəzəblənmişdi. Nəhayət xəstəlik Papa 6cı Klementin yaşadığı Avinyon şəhərinə də çatır. Hər kəs Papadan kömək istəyərkən, o da kömək ola bilmir. Bir gündə 1300 adamın ölümünə səbəb olan Vəba, Avinyonu alt üst edir. Papa 6cı Klement 11 min insanı basdırmaq üçün ərazi alır, amma bu ərazi kifayət etmir. İnsanları basdırmağa yer qalmadıqda isə, ölülər Reyn çayına atılır. Beləliklə Vəba insan övladını aciz buraxdı. Avropa və Asiyada milyonlarca insanın ölümünə səbəb oldu. Avropa nüfuzunun yarısı, yəni 40 milyon insan məhv olur. Vəba təkcə bakteriyalarla məhv etmirdi. İntiqamı kimdən alacığını bilməyən əhali bir günahkar axtarışına çıxır. Günahkar kimi isə güya quyuları zəhərləyən Yəhudilər göstərilir. Bu xəstəlik 14 fevralda Almaniyada Valentin qətliamının da səbəbi olur və yüzlərlə Yəhudi öldürülür.


Ziya Balıyev