İşsiz AzTV-çilər ev əşyalarını satırlar

İşsiz AzTV-çilər ev əşyalarını satırlar

2006-cı ildən bəri, 4 il müddətində AzTV QSC-dən çıxarılmış, sayı mindən artıq işçilərin maddi durumları çox ağırıdı. İşsizlikdən əziyyət çəkən istedadlı və peşəkar işçilərin əksəriyyəti yavan çörək ala bilmirlər.

Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvü, jurnalist Vüqar Tapdıqlının Kultaz.Com-a verdiyi açıqlamaya görə, işsiz AzTV-çilər ev əşyalarını satırlar.

"Bir xanım rejissor məcburiyyət qarşısında qalıb qızıldan düzəldilmiş diş protezlərini satıb. Kommunal xərcləri ödəyə bilməyənlərin sayı yüzlərlədi. Əgər müvafiq orqanlar son 4 ildə AzTV QSC-də baş verənləri araşdırsalar, dövləti və cəmiyyəti şoka salan hekayətlərlə üzləşərlər"- o, bildirib.

Komitə üzvləri AzTV QSC-nə rəhbərlik edənlərə müraciət edirlər: “Nə qədər gec deyil, özünüzdə güc tapıb tutduğunuz vəzifədən istefa verin. Sizin səriştəsizliyiniz, şəxsi hisslərlə yaşamağınız istedadlı və peşəkar bir kollektivi dağıtdı”.

Kultaz.Com