Mirzə İsgəndərov - Ayın 13-ü, Cümə / Fransa üçün “11 sentyabr”

Mirzə İsgəndərov - Ayın 13-ü, Cümə / Fransa üçün “11 sentyabr”

"Facebook-da və digər sosial şəbəkələrdə müxtəlif üzüntü göstərən statuslar və avatarlar yerləşdirən insanlar, küçədə yürüş keçirdənlər və müxtəlif QHT-lərdə birləşib Fransaya başsağlığı verən insanlar, həqiqətən, üzülmüşdülər”

Xeyr! – Bu ikiüzlükdən başqa bir şey deyil, çünki nə mən, nə də, başqa bir azərbaycanlı Fransada baş verən 6 teraktda xəasarət alan və ya ölən adamlardan canlı olaraq heç birini belə tanımır və ya heç onlar haqqında məlumatı belə yoxdur. Sual verə bilərsiniz ki, bunun məsələyə nə dəxli var? Var! Ehtimal nəzəriyyəsinə və ölmə statistikasına əsasən, bu gün 113,900 nəfər ölüb. Və biz demək olar ki, heç birini belə tanımırıq. Bəlkə, hər gün yasdasınız?

Mən tamamilə, qəbul edirəm ki, Fransada ölən insanlara görə mən soyuqqanlıyam. Bu ona görə belədir ki, ayın 13-ü, 5-ci gün diskotekada olanda dostlarımla biz heç bunu bilmirdik və vaxtımız çox yaxşı keçirdi. Hətta 6-cı gün ad günü dəvətini belə qəbul etdim, hal bu ki, şüursuz olaraq söhbətlər Fransadan düşürdü. Həm, qəbul edirəm ki, onların ölümü yaxınları üçün mənə, hətta FB-da avatarını dəyişdirən insanlara nisbətən, daha çox üzücü idi.

Necə də qəribə olsa belə, ölüm normal bir şeydir, hər kəs bir gün öləcəkdir, - nə isə, bu şablonluq məni də bezdirdi.

Charlie Hebdo qəzetinə gəlincə, onların degenerativ karikaturaları, yüksək qazanc və populyarlıq məqsədi daşıyırdı. Yəni, qəzetin işçilərindən biri o birilərinə – "Gəlin birdənə boş və lazımsız karikatura çəkək və axmaqların beyinlərini partladaq” – deyə təklif elədi, və bundan sonra onların redaksiyası partladı. Mən tamamilə, Charlie Hebdo qəzetinin əleyhinə və yaxud leyhinə deyiləm, çünki bu 3-cü növ insanları narahat edə biləcək qəzetdir ki, bunlar da "cihad” ehtiraslı insanlardır. – Bir növ fanatiklər, özünüz yaxşı bilirsiz.

Bəs nəyə görə əleyhinə deyiləm? – bunun cavabı çox sadədir, çünki bir çox inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda din azadlığı kimi söz azadlığıda var. Və mən liberalizmin tərəfdarıyam!.. yenə tərəfdarlıq... (bu hər hansı bir qrup deyil, qısası, Aqnostizm kimi bir şeydir).

Müxtəlif onlayn KİV-lərdə azərbaycanlıların şərh yazdığı məsələr arasında beləsi daha çox maraqlı oldu:

"Nəyə görə öz şəkillərinizə Fransa bayrağı qoyursuz, utanmırsınız, onlar Məhəmmədə lağ edirlər, siz isə...”

İlk abzaslarda yazdığıma əsasən, mən də bayrağın qoyulmağına qətiyyən razı deyiləm. Və indi yazacağım sözlər, heç də müsəlman olmamağımla bağlı deyil.

Hər kəsə məlumdur ki, bu ilin yanvar ayında Charlie Hebdo qəzetinin Məhəmməd Peyğəmbər haqqında hazırladığı degenerativ karikatura müsəlman terrorçu qruplaşdırmalarını çox narahat etmişdi və onlar, qəzetin redaksiyasında terakt törətmişdilər. Həminki Ehtimal Nəzəriyyəsinə əsasən, bəlkə karikaturanı çəkən insan heç öldürülməmişdi və indi də sağdır.

Yuxarıda qeyd etdiyim insanlar heç düşünmürlər ki, bütün Fransa Charlie Hebdo qəzetində işləmir. Yəni stadionda, teatrda və digər 4 teraktda ölən insanların bəlkə də, bu qəzetin varlığı haqqında məlumatı belə yoxdur.

Bu yaxında Rusiya ərazisində düşən Boinq təyyarəsi haqqında karikatura Charlie Hebdo qəzetində çıxmışdı (həqiqətəndə, həmin karikaturaçı ölməyib). Rusiyanın müxtəlif Silahlı Qüvvələri buna ciddi reaksiya verməsələr də, adi insanlar öz nikbin və qisasalıcı fikirlərini müxtəlif yerlərdə yaymağa çalışıblar, bunun sadəcə söz olduğunu nəzərə alsaq, hətta bu şərhlərin özü belə lazımsızdır. Çünki bu şərhlər vasitəsilə, həmin karikatura bir-azda məşhurlanır, bir sözlə – Charlie Hebdo-ya da elə bu lazımdır.

Eagle of Death Metal qrupu baş verən hadisələrə

öz üzüntüsünü göstərə bilər, ona görə ki, lazımi

populyarlığı, terror hadisəsi, onlara verdi